Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Rusiyanın Qarabağdakı sülhməramlılarla bağlı yeni planının DETALLARI - Məqsəd nədir?      
Tarix: 2023/10/10 16:22

Moskvanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi mesajlar ziddiyyətləri artırır.

Putinin “Valday”da dedikləri "sülhməramlılara artıq ehtiyacın qalmadığı və Rusiyanın mövcud reallığı qəbul etdiyi" fikrini önə çıxardı. Lakin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin dünən bəyan etdi ki, “sülhməramlı kontingentə təlabat var, Qarabağda qalan ermənilərlə təmaslarda vasitəçilik edir, bununla yanaşı, gedənlər yenidən qayıda bilər və rus hərbçilərinin mövcudluğu onlar üçün sakitlik faktoruna çevriləcək”.

Moskvanın sülhməramlıları bölgədən çıxarmaq istəmədiyi bəllidir. Lakin Qarabağda buna nə qədər nail ola biləcəkləri də sual altındadır.

Birincisi, rəsmi Bakı Xankəndi də daxil olmaqla sülhməramlıların keçmiş nəzarət zonasında mərkəzi hakimiyyətin bərpası prosesini sürətləndirir: bu ərazilərin təhlükəsizliyinin qorunması işini də artıq Azərbaycan polisi və hərbçiləri həyata keçirir;
İkincisi, Xankəndidə qalan əhalinin mərkəzi hakimiyyətlə təmaslarında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac azalır: ermənilərin dövlət qurumlarına müraciətləri bunu təsdiq edən əsas amildir;
Üçüncüsü, Rusiya gedənlərin geri qaytarılmasına çalışsa da, bu perspektiv zəifdir: gedən ermənilərin sülhməramlılara inamı qalmayıb, eyni zamanda, qayıtmaq istəyənlər Laçın postundan Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda keçə biləcəklər və bu, onların inteqrasiyanı da qəbul etməsi deməkdir;

Bu vəziyyət fonunda sual yaranır: Rusiyanın sülhməramlılarla bağlı planı nədir? Lavrovun bu gün dedikləri bunu müəyyən qədər anlamağa imkan verir.

Rusiyanın baş diplomatı bildirir ki, “İrəvan və Bakı iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır”.

Bu açıqlamadan iki nəticə çıxır:

1. Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etmək adı altında yeni “missiya” ortaya atır: hərçənd, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan danışıqlarından həm hüquqi, həm de-fakto çıxıb, bu baxımdan, sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir “töhfə” verə bilməz, əksinə Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir;
2. Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini ərazimizdən çıxaracağı təqdirdə, bölgədə saxlamaq niyyətindədir: Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq rolu azalıb, ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır və istisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var;


İkinci variant daha real görünür, lakin bu platforma hara olacaq, sülhməramlılar iki ölkənin sərhədində dayana bilərmi, yaxud anklavların qaytarılacağı təqdirdə, bu ərazilərə çıxış üçün verilməli olan kiçik dəhlizlərmi seçiləcək? Açıq qalan suallar var.

Asif Nərimanlı
(publika.az)

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN