Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Paşinyan nəyə sevinir və ya, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı nəyi dəyişəcək?      
Tarix: 2023/02/24 17:27

Aqil Camal

"Ortaq Dəyərlər" İctimai Birliyinin sədri, "Türküstan Media Qrupu"nun baş redaktoru

Erməni cəmiyyəti qarşısında 44 günlük müharibədə uğradığı məğlubiyyətin gözükölgəliliyini yaşayan Nikol Paşinyan Azərbaycana qarşı hər hansı bəyanatı, mesajı, qərarı anında fürsətə çevirmək istəyir. Sanki, hərb meydanında uduzsa da, diplomatik mübarizədə hansısa “uğurlar” əldə edir. İndi də Paşinyan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ermənilərə diplomatik qələbə kimi sırımağa çalışır.

Halbuki, elə sonuncu diplomatik platformada – Münhendə, Paşinyanın10 noyabrda məhz kapitulasiya aktına imza atdığı onun üzünə deyildi. Nazirlərinin və bütün dünyanın gözü qarısında.  

Eko-fəalların Xankəndi-Laçın yolunda keçirdiyi aksiyanı Azərbaycan hökumətinin təşkil etməsi, həmçinin, ermənilərin yaşadığı əraziyə kommunal xidmətlərin verilməsinə Azərbaycan tərəfindən maneələr yaradılması haqda Ermənistanın iddialarının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməsinin üstündən sakitcə keçən Paşinyan, yolun açılması ilə bağlı qərarı özünə sərf edən şəkildə təqdim edir.

Azərbaycan hökuməti də, elə eko-fəallar da Xankəndi-Laçın yolunun məhz humanitar məqsədlər üçün istifadəsində maraqlıdırlar. Çünki, mənim də ilk andan iştirakçısı olduğum aksiyanın məqsədi heç də bölgədəki erməni əhalisini blokadaya alıb məhv etmək deyil. Biz istəyirik ki, ermənilər mülki qaydada bu yoldan gəlib keçsinlər. Dünyaya göstərək ki, bizim ermənilərə vətəndaşımız kimi vəd etdiyimiz təhlükəsizlik təminatı tək sözdə deyil. Münhendə də Azərbaycan Prezidenti tərəfindən rəsmən bəyan edildi ki, hansısa mülki erməni öz avtomobili ilə yolla keçib getmək istəsə, sərbəst şəkildə bunu edə bilər.

Amma, nə Ermənistan hökuməti, nə Xankəndindəki qondarma rejim, nə də onların havadarları bunda maraqlı deyillər. Hər iki tərəfdən postlar quraraq sadə ermənilərin yoldan istifadəsinə imkan vermirlər. Elə təəssürat yaradırlar ki, sanki, bir azərbaycanlı ilə bir erməninin mülki qaydada rastlaşması mümkünsüzdür. Bununla da, düşmənçilik mühitini qoruyub saxlayırlar.

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin yolda hərəkətin bərpası ilə bağlı tələbini özü də səsləndirir. Bəli, yol açıqdır. Mülki şəxslərə, humanitar məqsədlərə... Talanan təbii sərvətlərin daşınmasına yox, mina daşınmasına yox! Ermənistanın Qarabağda saxladığı hərbçilərin təminat yolu kimi istifadəsinə yox!

Paşinyan məhkəmə qərarını şərh edərkən 10 noyabr bəyanatının bəndinə istinad edir. Həmin bəyanatda digər bəndlər də var. Erməni silahlı qüvvələrinin Qarabağ bölgəsindən dərhal çıxarılması, Naxçıvan istiqamətində nəqliyyat xətlərinin açılması, daxili qaçqınların öz evlərinə qayıtması... Ermənistan bunlardan hansını icra edib?  

Və sonda – Paşinyanın xəbəri varmı, arxasını söykədiyi Fransa, həmçinin, ABŞ, Böyük Britaniya, Rusiya və başqa dövlətlərin Ədalət Məhkəməsinin qərarlarını icra etməkdən yayınması ilə bağlı çoxsaylı örnəklər var.

10 Noyabr bəyanatının bəndini də, Beynəlxalq Ədalət Məhkəməsinin hansısa məchul qərarını da məhz Azərbaycanın icra etməli olduğu harada yazılıb...

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN