Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Yarımçıq qalmış arzular” kitabı işıq üzü görüb      
Tarix: 2023/09/11 11:06

Üç il bundan öncə xalqımızın 30 illik əzəl torpaqlar həsrətinə son qoyub, dövlətimizin haqq və ədalət carçısı olduğunu bütün dünyaya nümayiş etdirib, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş Qələbə tarixə yalnız qızıl hərflərlə deyil, həm də şəhid qanı ilə yazılıb. Erməni qəsbkarlarına qarşı qanlı döyüşlərdə mənfur düş­mənə sarsıdıcı zərbə endirən, işğaldan azad edilmiş torpaqlarda üç­rəngli bayrağımızı göylərə ucaldan şəhidlərimizin adları xal­qı­mı­zın yaddaşına əbədi həkk olunub.

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az –a bildirib ki, hər birimiz Vətən sevgisi həyat eşqindən qat-qat üstün olan şəhidlərimizlə fəxr edir, onların qəhrəmanlığından böyük qürur hissi duyuruq: “Şəhidlik zirvəsinə ucalmış igid əsgər və zabitlərimizin doğmalarında – onları boya-başa çatdırmış ata və analarında, bacı və qardaşlarında, ömür-gün yoldaşları və övladlarında isə bu hiss ölçülməzdir, tükənməzdir. 44 günlük Vətən müharibəsində igidlikləri ədalətsizliyə qarşı mübarizliyin parlaq nümunəsinə çevrilmiş, məkanları tarixən mü­qəd­dəs sayılan şəhidlik zirvəsi olmuş qəhrəmanlar arasında sevib-se­vilərək ailə həyatı quranlar, qısa ömür yolunda övlad yadigar qo­yan­lar heç də az deyil. Bu gün ailə qayğılarını taleyin hökmü ilə tək­başına öz zərif çiyinlərində daşıyan xanımlarımızın Vətənin bü­töv­lü­yü naminə ömür yolunu yarımçıq qoymuş igid ərləri ilə bağlı xati­rələrini, duyğu və düşüncələrini bölüşməklə onların ruhunu şad edə biləcəyini düşünən Birliyimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin cari təqvim ili üçün elan etdiyi qrant layihələri müsabiqəsində iştirak etmək qərarına gəlib və nəticədə müəllifləri şəhid xanımları olan “Yarımçıq qalmış arzular” kitabı Agentliyin maliyyə dəstəyi ilə “Mütərcim” nəşriyyatında işıq üzü görüb”.

Ruhiyyə Məmmədova həmçinin bildirib ki, kitabda şəhidlərimiz Zülfüqar Qubadov və İsmayıl Səmədovun, Ayaz İmanzadə və Elvin Məmmədovun, Abdurahman İsrafilov və Həsən Həsənovun, Vüsal Məhərrəmov və Şəhriyar Quliyevin, Yalçın Cavadov və İlham Rəşidovun, Ruslan İsmayılov və Rəfail İşiyevin, İntiqam Abbasov və Əsəd Əsədovun, Yunis Kazımov, Qəzənfər Mütəllimovun və Elxan Zülfüqarovun ömür-gün yoldaşlarının xatirələri və ürək sözləri cəmləşib: “Kitabın nəşrə hazırlanmasında iştirak edənlər yazıları oxuculara olduğu kimi, məzmuna heç bir əla­və və dəyişiklik edilmədən təqdim etməyə çalışıblar. Layihə rəhbəri olaraq, nə qədər çətin də olsa, öz qəhrəman həyat yoldaşları haqqında fi­kir­lərini bizimlə bölüşdüklərinə görə hər bir şəhid xanımına qəlbən min­nətdaram. Yaxın zamanlarda təqdimatı keçiriləcək “Yarımçıq qalmış arzular” kitabının hər bir müəllifinə təşkilatımız adından deyiləsi bircə kəlməm var. “Vətən torpaqlarının bütövlüyü uğrunda canını qurban vermiş ömür-gün yoldaşınızın bir çox arzu və istəkləri yarımçıq qaldı. Amma onun ən böyük arzusu Qələbə idi. Gerçəkləşdi... Ruhu şad­dır! Təsəlliniz – bu böyük Zəfər, igid ərinizin şərəfli adı, bir də on­dan yadigar qalan övladlarınızdır. Allah qorusun! Vətən sağ olsun!”

 

 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN