Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi həssas qruplardan olan qadınların məşğulluq problemlərini araşdıracaq    
Tarix: 2025/05/08 22:48

Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant
müsabiqəsinin qalibi olub və Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaxın vaxtlarda “Həssas qruplardan olan
qadınların məşğulluğu: sosial sahibkarlıq və müasir çağırışlar” layihəsinin icrasına başlayacaq.

OrtaqDeyerler.az xəbər verir ki, İctimai Birliyin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, layihə çərçivəsində mövzu ilə bağlı kitabın nəşri nəzərdə tutulur. Kitabda həssas qruplardan olan qadınların məşğulluğunun mövcud vəziyyəti və onların məşğulluq səviyyəsinin yüksəldilməsində sosial sahibkarlığın rolu qiymətləndiriləcək, habelə bu qruplardan olan qadınların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət və qeyri-dövlət sektorunda reallaşdırıla biləcək təşviq mexanizmləri tədqiq olunacaqdır. Bununla yanaşı, həssas qruplardan olan qadınların əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanması imkanları müəyyənləşdiriləcək, onların məşğulluq imkanlarının genişləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Layihə çərçivəsində həssas qruplardan olan qadınlar arasında onların məşğulluğu ilə bağlı sosioloji sorğu keçiriləcək.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN