Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Putin: "Ermənistan özü Qarabağın Azərbaycanın olduğunu tanıyıb"      
Tarix: 2023/09/12 16:38

Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

Ortaqdeyerler.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

“Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında, kağız üzərində də qeyd edib. Biz bu barədə bilirik. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğumuzu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub, Ermənistan rəhbərliyi bu barədə publik bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb, hansı ki, bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil.

Bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur. Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa… Əlbəttə, burada başqa məsələlər yaranır. Humanitar tərkibli və bizim sülhməramlıların mandatı ilə bağlı məsələlər… Mandat hələ ki fəaliyyətdədir. Humanitar xarakterli məsələlər, hansısa etnik təmizləməyə imkan verilməməsi məsələləri heç yerə getməyib. Mən bununla tam razıyam. Azərbaycan rəhbərliyi hər zaman deyir ki, etnik təmizləmədə maraqlı deyil”, - Rusiya Prezidenti əlavə edib.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN