Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“İşğal olunmuş ərazilərdə görkəmli şəxsiyyətlərin qəbir yerlərinin mühafizəsinin təşkili üçün YUNESKO-ya müraciət edilməsi” layihəmiz -201
Tarix: 2015/08/30 22:35

Tarix 31.07.13, 16:18

Font ölçüsü : - / +

 

Bu gün Atatürk Mərkəzində “Ortaq Dəyərlər” İctimai Birliyinin təşkilatçılığı ilə “İşğal olunmuş ərazilərdə görkəmli şəxsiyyətlərin qəbir yerlərinin mühafizəsinin təşkili üçün YUNESKO-ya müraciət edilməsi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardmı ilə həyata keçirilən layihə çərçivəsində gerçəkləşdirilib.


Tədbiri açan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal layihə barədə məlumat verərək bildirib ki, layihənin məqsədi işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin tarixi torpaqlarımızda vaxtilə yaşamış və orada dəfn edilmiş görkəmli tarixi şəxsiyyətlərin qəbir izlərini müəyyən etmək, onların dəqiq və ya təxmini siyahısını hazırlamaq, bundan sonra isə onların qəbirlərinin maddi-mədəni irs kimi beynəlxalq mühafizə altına alınması üçün YUNESKO-ya müraciət etməkdir: “20 ildən artıqdır davam edən işğal faktı sürdükcə, işğal olunmuş bölgədə vaxtilə dəfn edilmiş tarixi simaların qəbir izləri də yer üzündən silinməkdədir. Hesab edirik ki, bu layihə vasitəsilə həm tarixi şəxsiyyətlərimizin hansı coğrafi məkanda, qəbristanlıqda dəfn olunduğu, məzar yeri haqqında mümkün olduğu qədər informasiya bankı yarada bilərik, həm də bununla, münaqişənin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinin gücləndirilməsinə töhfə vermiş olarıq”.

Tədbirdə çıxış edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı mövzunun aktuallığına diqqət çəkərək, bu problemin beynəlxaq qurumlara, dünya mediasına çıxarılmasının zəruruliyini vurğulayıb.

“Milliyətçilik” qəzetinin baş redaktoru Pərviz Elay ermənilərin mədəni abidələrə, qəbristanlıqlara qarşı törətdiyi vandalizmdən danışaraq, onların hərəkətlərinin dünyada oxşarı olmadığını qeyd edib. Bildirib ki, hətta I Dünya Müharibəsində faşistlər belə qəbristanlıqlara toxunmayıblar. 

“İşğal olunmuş torpaqlarımızda təkcə məzarlıqlar deyil, onlarla tarixi abidə ya dağıdılıb, ya da saxtakarlıqla erməniləşdirilib” deyən “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov bilirib ki, təmsil etdiyi təşkilat erməni vandalizminin dünyaya çatdırılmasında davamlı layihələr həyata keçirir.

Jurnalist, şəhid atası Allahverdi Dərd işğalçı tərəf olmasına baxmayaraq, ermənilərin dünyada daha çox təbliğatla məşğul olduqlarına diqqət çəkib. Onun sözlərinə görə, informasiya mübarizəsində ermənilərin təcrübəsi daha effektivdir.

Həyata keçirilən layihəni yüksək qiymətləndirən "Tərəqqi və Demokratiya" İctimai Birliyinin rəhbəri Əhməd Qəşəmoğlu təkcə görkəmli şəxsiyyətlərin məzarlarının deyil, bütövlükdə dağıdılan qəbristanlıqların taleyinin aktuallaşdırılmasına ehtiyac olduğunu söyləyib. 

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə erməni cəmiyyətinə yönəlik təbliğat işinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, müharibədən sonra doğulmuş erməni uşaqları atalarının hansı vəhşilikləri törətdiklərindən xəbərdar deyillər və hətta bunu təsəvvürlərinə gətirə bilməzlər: “Ona görə də, erməni vandalizmini özündə əks etdirən video və fotolar, yazılar hər zaman internetdə yerləşdirilməlidir”.

Sonda A.Camal bildirib ki, tədbirdə səsləndirilən fikirlər YUNESKO-ya göndəriləcək müraciətdə öz əksini tapacaq.

AzVision.az

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN