Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində maarifləndirmə işi” layihəmiz - 2014
Tarix: 2015/08/30 22:46

Bir qrup media orqanına ödül təqdim olundu    

Bu gün Gənclər Evində “Ortaq Dəyərlər” İctimai Birliyi “Media azadlığı və ictimai məsuliyyət” mövzusunda tədbir keçirib. Birliyin sədri Aqil Camal bildirib ki, rəhbəri olduğu qurum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə bu ilin aprel, may və iyun aylarında “Kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində maarifləndirmə işi” adlı layihə həyata keçirib. Layihə çərçivəsində müxtəlif media orqanlarında bu mövzuda məqalə və müsahibələr dərc olunub.
Eyni zamanda, layihə müddətində ölkədə gündəlik çıxan 10 qəzet, 10 xəbər portalı və 7 yerli televiziya kanalında monitorinq aparılıb. A.Camal deyib ki, monitorinqin nəticələrinə görə hazırda Azərbaycan mediasında özünü göstərən bir sıra tendensiyalar, medianın cəmiyyət qarşısındakı mənəvi məsuliyyətini,  milli-mənəvi dəyərlərin və etik normaların qorunması sahəsində vəzifələrini kölgədə qoyur: “Bəzi media qurumları, jurnalistlər cəmiyyət qarşısında ictimai məsuliyyətini, maarifçi missiyasını unudaraq, fəaliyyətlərini yalnız “oxunaqlı xəbər” siyasəti üzərində qururlar. Bunun da mənfi fəsadları cəmiyyət həyatında müxtəlif formalarda büruzə verir. 

Tədbirdə "Azərbaycan Gənclik, Mədəniyyət, İncəsənət və Elm Evi"nin direktoru Elşad Abdullayev mərkəz haqqında ətraflı məlumat verib və iştirakçıları əməkdaşlığa dəvət edib. 

CASCFEN sədri Azər Həsrət çıxışında qeyd edib ki, Azərbaycan mediasında problemlər təkcə, mənəviyyat, etika ilə bağlı deyil. Onun sözlərinə görə bəzi hallarda Ermənistan mediasından götürülmüş təxribatçı xəbərlər Azərbaycan mediasında tirajlanır: “Bu isə dolayı yolla ermənilərin informasiya müharibəsinin iştirakçısı olmaqdır”. 

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə oxucu zövqünün korlanmasında media orqanlarını qınayıb. 

Modern.az saytının rəhbəri Elşad Eyvazlı isə qeyd edib ki, insanlar üçün geniş seçim imkanı var: “Bizim mediamızda profilləşmə getməlidir. Bu olsa, hər kəs onu təmin edən informasiya resurslarının izləyicisinə çevriləcək”. 

Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoy oxucu, dinləyici zövqünün formalaşdırılmasında medianın birbaşa məsuliyyət daşıdığını vurğulayıb. Və bununla bağlı bir sıra örnəklər göstərib. 
Birliyin sədr müavini Nigar İsfəndiyarqızı ümid etdiyini bildirib ki,  layihə çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycan KİV-də qabarıq şəkildə müşahidə olunan milli-mənəvi dəyərlərin və etik normaların pozulması hallarının nisbətən aradan qaldırılmasına şərait yaradacaq.  

“The World Community” jurnalının rəhbəri Ramilə Eminli son illər Azərbaycanda bir çox sahələr kimi kütləvi informasiya vasitələri də inkişaf və modernləşmə dövrünü yaşadığını bildirib: “Bununla belə m ətbuatın maddi-texniki bazasının gücləndirilməsi, onun müstəqilliyinin möhkəmlənməsi üçün dövlət büdcəsindən hər il yazılı və elektron mediaya xeyli miqdarda vəsait verilir". 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı qloballaşma şəraitində, həmçinin informasiya-kommunikasiya texnologiyalarının ildən ilə inkişaf etdiyi bir dövrdə milli-mənəvi məsələlərin mediada tənzimlənməsinin çətin olduğunu söyləyib. 

Bu fikri davam etdirən “Millətçilik” qəzetinin baş redaktoru Pərviz Elay hesab edir ki, media orqanları bütövlükdə olmasa da, müəyyən kəsim media qurumları cəmiyyətin maariflənməsi missiyasını davam etdirməlidir. 

“Xalq Qəzeti”nin əməkdaşı Rəsmiyyə Qarayeva isə mediada yer alan yalan informasiyalardan, başlığı ilə içərisi uyğun gəlməyən, bəzən də ziddiyyət təşkil edən xəbərlərdən şikayətlənib. 

Sonra, layihə çərçivəsində aparılmış media monitorinqin nəticələrinə uyğun olaraq bir neçə media orqanı mükafatlandırılıb. 

“Fəaliyyətində milli-mənəvi dəyərləri, etik normaları daim qoruyan televiziya” nominasiyası üzrə İctimai Televiziya, “fəaliyyətində milli-mənəvi dəyərləri, etik normaları daim qoruyan xəbər portalı” olaraq Modern.az saytına, “fəaliyyətində milli-mənəvi dəyərləri, etik normaları daim qoruyan qəzet – nominasiyası üzrə isə “Kaspi” və “Olaylar” qəzetlərinə ödül təqdim edilib. 

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN