Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
 Millət vəkili Azay Quliyevə iş üçün müraciət etmiş  məcburi köçkün, birinci qrup gözdən əlil Nurlanə Hümbətova artıq işlə təmin olundu
Tarix: 2015/12/17 21:03

Sonuncu parlament seçkiləri kampaniyası zamanı gənclərlə görüşdə millət vəkili Azay Quliyevə iş üçün müraciət etmiş Laçın rayonundan məcburi köçkün, birinci qrup gözdən əlil Nurlanə Hümbətova artıq işlə təmin olunub. Bu haqda Turkustan.infosaytına Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı məlumat verib.

Onun sözlərinə görə seçkidən sonra Nurlanə Azay Quliyevin qəbulunda olub və problemlərini bir daha millət vəkilinin diqqətinə çatdırıb: “Qəbul zamanı Azay müəllim Təhsil Nazirliyinin rəhbərliyi ilə danışaraq Nurlanənin problemini çatdırdı. Onlar da söz verdilər. Budur, artıq Nurlanədən sevincli xəbər aldıq. İşlə təmin olunub. O, Nərimanov rayonunda yerləşən gözdən əlillər məktəbində tarix-coğrafiya müəllimi işləyəcək”.

Mətanət Əsgərqızı göstərdiyi xeyirxah əmələ görə Azay Quliyevə təşəkkür edib: “Hər bir insana  böyük qayğı və diqqətlə yanaşan, xeyirxahlığını heç zaman əsirgəməyən Azay Quliyevə çox minnətdaram. Həmçinin, hörmətli təhsil nazirimiz Mikayıl Cabbarova da təşəkkür edirəm. Deyirlər, dünyanı yaxşılıqlar xilas edir. Qoy, sizin kimi insanlarımız çox olsun”.

***

Körpəliyindən Nurlanənin başı bəlalar çəkib. 9 aylığında anası ilə girov düşüb. Həmin vaxt anası yenə hamilə imiş. Erməni cəlladları iyrənc məqsədlərini həyata keçirmək üçün Nurlanənin anasını hamiləlikdən azad etməyə çalışıblar. Zorakılıqla əməliyyat keçirərək bətnindəki körpəni öldürüblər. Anası ermənilərin iyrənc məqsədini anlayıb. Damarlarını doğrayaraq intihar etmək istəyib. Lakin, onu xilas ediblər. Daha sonra isə özünü asaraq intihar edib.

Girovluqda qaldığı müddətdə Nurlanəyə orada girov saxlanılar azərbaycanlı qadınları baxırmış. 9 aylıq körpə ac olduğu üçün ağlayırmış. Erməni hərbçiləri avtomatla başına vurublar, gözləri tutulub…

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN