Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
 İnsan alveri mövzusunda tender elan olunur
Tarix: 2015/12/20 22:02
 Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı Layihə Əlaqələndiricisi Azərbaycanın insan alverinə qarşı mübarizə səylərinə dəstək layihəsi II üzrə İcraçı Tərəfdaşın tapılması məqsədilə Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş qeyri-hökumət, qeyri-kommersiya təşkilatlarını ərizələri təqdim etməyə dəvət edir.
 
Ərizələrin Qəbulu üzrə Müraciət,  ATƏT və Azərbaycanda yerləşən Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında imzalanmış Qrant Müqaviləsinə əsasən, cəmiyyətin insan alveri ilə bağlı maaarifləndirilməsi vasitəsilə, insan alverinin və məcburi əməyin qarşısının alınmasında və onunla mübarizədə səmərəliliyin daha da artırılmasında Azərbaycan Hökumətinə və vətəndaş cəmiyyəti təşkilatlarına (VCT) köməklik göstərilməsini və insan alverinin həqiqi qurbanları üçün sığınacaq kimi faəliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutan layihə üçün maliyyələşdirilir. 
 
qhtxeber.az-ın məlumatına görə, ərizələrin qəbulu üzrə müraciət sənədlərinə aşağıdakılar daxildir:
 
Bölmə I : “Azərbaycanın insan alverinə qarşı mübarizə səylərinə dəstək layihəsi II”- Xülasə 
Bölmə II :Layihədə iştirakşərtləri 
Bölmə III :Müraciət və prosedur qaydaları 
Bölmə IV : Ərizələrin Seçilməsi və Qiymətləndirilməsi 
 
Əlavə I: ATƏT-in Layihə Təklifi şablonu
Əlavə II:  Büdcə şablonu
Əlavə III: Potensial İcraçı Tərəfdaş üçün Uyğunluq barədəSertifikat
Əlavə IV: Terrorçuların Maliyyələşdirilməməsinin Təsdiqi üzrə İcra Sənədi 13224 
Əlavə V: İcraçı Tərəfdaş ilə bağlanan Müqavilənin standart forması (yalnız istinad məqsədləri üçün) 
 
Verilmiş Ərizələrin Qəbulu ilə bağlı Müraciət əsasında əldə olunan istənilən razılıq əlavədə verilmiş standart İcraçı Tərəfdaş üzrə Müqavilə forması ilə təsdiq olunmalıdır. 
Ərizələr aşağıda verilmiş ünvana təqdim olunmalıdır: 
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 
Bakı Layihə Əlaqələniricisi 
Landmark III, Nizami küçəsi 96 
AZ1010 Bakı, Azərbaycan 
 
Ərizələr 1 aprel 2015-ci il tarixi saat 12:00-dən (GMT+4) (1 Aprel 2015 daxil olmaqla) əvvəl“RFA/AZE/04/2015 - “Azərbaycanın insan alverinə qarşı mübarizə səylərinə dəstək Layihəsi II” üzrə İcraçı Tərəfdaş“-İnsan alveri və məcburi əməyin qurbanı olan uşaqlara köməklik göstərilməsi”- 1 Aprel 2015-ci il saat 12:00-dən (GMT+4) əvvəl açmayın qeydi ilə işarələnmiş və möhürlənmiş zərfdə təqdim olunmalıdır. 
 
Müraciət zamanı ədalətli seçimi təmin etmək məqsədilə, ATƏT email və faks vasitəsilə göndərilən ərizələri qəbul etməyəcəkdir. 
Ərizələr ATƏT-in layihə təklifi şablonundan istifadə etməklə ingilis dilində təqdim olunmalıdır. Bütün xərclər AZN-lə göstərilməlidir. Bu layihə büdcədənkənar mənbələrdən maliyyələşir və beləliklə, bu layihənin və bu layihə çərçivəsində ATƏT-in İcraçı Tərəfdaşlarının maliyyələşdirilməsi, büdcədənkənar donorlarından vaxtı-vaxtında yetərli maliyyə vəsaitlərinin alınması halında mümkündür. 
 
Qeyd edək ki, ərizələrin qəbulu ilə bağlı müraciət sənədlərini tam şəkildə www.osce.org/bakusaytından Highlights bölməsindən əldə etmək olar. 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN