Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Gənc qalmağın sirri tapıldı
Tarix: 2016/01/06 12:58

Uzun illərdir insanlar sağlam yaşamağın, cavan qalmağın yollarını axtarır. Bunun üçün müxtəlif təbabətə, cərrahi əməliyyatlara üstünlük verilir. Lakin bunların heç biri uzun müddət cavan qalmağa kömək etmir, sağlam həzm sisteminə zərərsiz ötüşmür. İnsan vücudunda bir ilin aylarını və günlərini xatırladan 365 nöqtə və 12 əsas meridian var. Spesifik nöqtələrə edilən masaj insanları arzularına bir addım daha yaxınlaşdırır.

“Uzun ömürlülüyün sirri” adlandırılan Zu San Li nöqtəsinə tətbiq olunan masaj Çinin ən məşhur masaj üsuludur. Çin təbabətində vücud enerji sistemi olaraq qəbul edilir və masaj orqanların funksional aktivliyinə və enerji mənbələrinə təsir edə bilir. Zu San Li nöqtəsini aktivləşdirmək vücudda yenilənmə təsiri yarada bilər, yaşlanmağın qabağını kəsər. Çində bu nöqtə “uzun ömür nöqtəsi” adlandırılır. 

 

 
Zu San Li nöqtəsini necə tapmaq olar? 
Vücudumuzda Zu San Li nöqtəsi diz qapağının altındadır. Sağ əlinizi dizinizin üzərinə qoysanız, Zu San Li nöqtəsi çeçələ barmağın dırnağı ilə  adsız barmağın dırnaq hissəsi arasında yerləşən nöqtəni tapa bilərsiniz. Əgər bu şəkildə düzgün nöqtəni tapa bilmirsinizsə, əyləşərək dizlərinizi əyin. Ayaqlarınızı yerdən qaldırmayın. Bu zaman dizinizin aşağı hissəsində yüksək sahə hiss edəcəksiniz. Barmağınızı onun üzərinə qoyub yüngülcə basın. Bu nöqtə Zu San Li nöqtəsidir. 

 

Bu nöqtəyə “Üz xəstəliyinin nöqtəsi” də deyilir. Bəs Zu San Linin belə adlandırılmasının səbəbi nədir?

 

Zu San Li nöqtəsi bədənimizin yarıdan aşağı hissəsinin yaxşı fəaliyyət göstərməsini idarə edir. Böyrəküstü vəzlərin, böyrəklərin, cinsiyyət orqanlarının, həzm sisteminin düzgün şəkildə işləməsini təmin edən onurğa iliyinin funkiyalarını yönləndirir.  Qan təzyiqinin insulin, qlükoz səviyyələrinin tənzimlənməsi, vücuddakı iltihabın azaldılması, immunitet sisteminin gücləndirilməsi, bağırsaq və mədə problemlərinin həll olunması, iflicin müalicəsi, sağlam qida sistemi, özgüvən, stress və təzyiqin idarə olunması, daxili tarazlıq Zu San Li nöqtəsindən asılıdır. 

 

Bu nöqtənin masaj edilməsinin hıçqırıqda, qəbizlikdə, qastridə də yaxşı təsir göstərdiyi təxmin edilir. İmmunitet sistemini gücləndirən bu masajın sağlam bədən formalaşdırdığı hesab edilir.

 

Zu San Li nöqtəsi nə vaxt masaj edilsə daha faydalı olar?

 

Bu masaj səhər saatlarında və günorta yeməyindən əvvəl tətbiq olunduğunda daha faydalıdır. Hər diz üçün saat istiqamətində dairəvi (barmağınızla yüngülcə basaraq və basdığınız nöqtədə bir müddət qalaraq) təqribən 10 dəqiqə davam etməlidir. 

 

Bu masajın stimullaşdırıcı bir təsiri də var. Axşamlar Zu San Li nöqtəsinə saat istiqamətinin əksi istiqamətində masaj edənlərin həftədə 400-500 qram arıqladıqları bildirilir. Gecə yatmamışdan əvvəl yuxunuzu qaçırtmamağı üçün bu masajı etməyin. Zu San Li masajını yeni ay çıxmamışdan 8 gün əvvəl hər səhər etsəniz, yaşlanma müddətini azaldarsınız. Həmçinin yuxarıda saydığımız faydaları da bu müddət ərzində daha təsirlidir. Günorta yeməyindən əvvəl edəcəyiniz masaj yaddaşınızı, ürək-damar və həzm sisteminizi gücləndirəcək. Günortadan sonra isə stress, baş ağrıları, narahatlıq, yuxusuzluq üçün bu masajı edə bilərsiniz.

 

Qeyd edək ki, “Uzun ömürlülüyün sirri” adlandırılan nöqtənin Zu San Li adlandırılması sözügedən sirri atasından miras olaraq alan şəxsin adı ilə bağlıdır. 

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN