Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Tahir Salahovun əsərləri Tretyakov Qalereyasında sərgilənəcək 
Tarix: 2016/01/08 22:12

Moskvadakı Dövlət Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun əsərləri sərgilənəcək. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Qalereyanın saytında yer alan məlumata görə, “Günəş zenitdə” adlı sərgi yanvarın 22-də açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə təsviri sənətdə “sərt üslub”un aparıcı nümayəndəsi olan rəssamın Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də özünün Bakıdakı ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş etdiriləcək.

Rəssamın Tretyakov qalereyasında yer alan “Aydan” (1967), “Qırmızı istiotlarla natürmort” (1977), “Xəzərdə səhər” (1986) və s. əsərləri sərgiyə çıxarılacaq.

Qeyd edək ki, məşhur sənətkarın “Aydan” əsəri sovet dövrü təsviri sənətinin ən yaxşı nümunələrindən hesab olunur. Əsərin bir variantı (rəssam onu vaxtilə Tokioda açdığı sərgisi münasibətilə çəkib) ötən ilin dekabrında Londonun “Sotheby’s” auksionunda hərraca çıxarılmışdı.

Görkəmli fırça ustasının əl işləri hər il müxtəlif ölkələrdə sərgilənir. Ötən ilin oktyabrında rəssamın əsərləri Portuqaliyanın Lissabon şəhərində keçirilən "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalında nümayiş olunmuşdu. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə T.Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunmuşdu. Festivala 30-dan çox ölkədən rəssamlar qatılmışdılar.

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN