Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Nurlan Tahirli." Hansı nəsildən gəldiyini və o nəslin tarixdə hansı rol oynadığını bilmək olduqca xoş və elə o qədər də məsuliyyətli bir hissd
Tarix: 12.01.2016

   Həmsöhbətimiz 2007-ci ildən fotoqrafiya ilə məşğul olan, dünyanın müxtəlif ölkələrində əsasən mənzərə, memarlıq, makro və interaktiv panoramik görüntülər çəkən gənc fotoqraf  Nurlan Tahirlidir 

 

Nurlan bəy, özünüz haqqında kiçicik bir məlumat verə bilərsinizmi?

-Özüm haqqında məlumat vermək o qədər çətindir ki. Bakıda  2004-cü ildə ingilis dili təmayüllü liseyi, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi fakültəsinin türk dili bölməsini bitirmişəm. Ardınca isə Sakarya Dövlət Universitetin (Türkiyə) marketinq ixtisası üzrə magistratura  təhsili almışam.

Bəs necə oldu ki, bu sahə ilə məşğul olmağa başladınız?

-Zənnimcə, bu maraq hər kəsdə mövcuddur. Hələ çox əvvəllərdən lentli fotoqrafiya zamanında bir çoxları özü çəkir, hətta evlərində özləri neqativi aydınlaşdırırdılar. Zaman ötdükcə bu texnologiya dəyişdi  və artıq hər kəs üçün çox asan bir məşğuliyyətə çevrildi. Məndə isə bu, bir səyahət zamanı, gördüyüm şəkillərdən sonra özünə daha çox cəlb etdi və hiss etdim ki, mən də o cür gözəl əsərlər yaratmaq istəyirəm.

İlk əsərinizi kimə göstərdiniz ?

-Bu proses o qədər aşağı sürətlə gedirdi ki, o dövrdəki fotoları əsər adlandırmaq olmaz. Fotoqrafiyaya daha ciddi yanaşmam  illər sonra başladı. Onları da ilk şəkillər kimi bəzən yaxın dostlarıma göstərirdim, amma əsasən  ümumi olaraq foto albomlarımda ziyarətçilərlə bölüşürdüm.

Sizə bu işdə kimlər dəstək olurdu?

-Əsasən özüm-özümə dəstək olmuşam. Bəzən də kənardan aldığım müsbət rəylər əlavə olaraq həvəsləndirirdi. Ailəmdə  buna sadəcə bir məşğuliyyət kimi baxıldlğından kimsə məni bu sahədə görmürdü. Lakin deyim ki,  təkcə onlar deyil, elə mən özüm də o dövrlərdə  özümü bu sahədə görmürdüm.

Hansı fotoqrafı özünüzə ideal bilirsiniz?

-Hələ ki, kimisə ideal kimi seçməmişəm.

 

Didim Karadenizgücü G.S.K. dərnəyi rəhbəri Arif Çolakın dəstəyi ilə “Yol ayrıcında” sərginiz keçiriləcək. Bu sərgi ötən ilin oktyabr ayında Müasir İncəsənət Mərkəzində Mirzə Ələkbər Sabir Fondunun və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə eyni adlı foto-sərginizdən fərqlənəcəkmi?

 

-Didimdə keciriləcək sərgidəki fotolar əvvəlki sərgi ilə demək olar ki, eynilik təşkil etsə də   yenilk  olaraq bəzi  yeni işlərin də sərgilənməsini planlamışam. Eləcə də interaktiv panoramlarda bir neçə yeni panoramik görüntülər də yer alacaq.

 Siz həm də  dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəticəsisiniz. Dahi şairin nəticəsi  olmaq necə hissdir?

 

-Hansı nəsildən gəldiyini və o nəslin tarixdə hansı rol oynadığını bilmək olduqca xoş və elə o qədər də məsuliyyətli bir hissdir.

 

Sərginizin harada keçirlməsini arzu edirsiniz?

 

-Gələcəkdə bir sərgimin Yaponiyada keçirilməsini istəyirəm.

 

Sizə işlərinizdə uğurlar.

-Çox sağolun, minnətdaram.

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN