Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
"Onsuz həyatı təsəvvür etmək mümkün deyil" -MÜSAHİBƏ
Tarix: 2016/01/30 21:46

Çilənay Hüseynova: "Filmə bir şərtlə çəkilərdim ki, ..."

 

Gənc bəstəkar Çilənay Hüseynova TURKUSTAN.info saytının suallarını cavablandırır:

 

- Çilənay xanım, 2015-ci ili necə yola saldınız? Yaradıcılığınızda, həyatınızda nə ilə yadda qalacaq ötən il?

- Allaha çox şükür, bu ili xətasız- bəlasız yola saldıq. Keçən il bir neçə mahnim həyata vəsiqə aldı və deyə bilərəm ki, uğurlu qarşılandı. Yadda qalan anlar, xoş günlər də çox oldu. Yaxşı ki, pis heç nə yadıma gəlmir. Amma mənim üçün ən böyük uğur cansağlığı, firəvan, dinc həyatdır. Ona görə də, bundan böyük səadət ola bilməz.

- Ötən il bəstələdiyiniz mahnıları qeyd etdiniz. Müğənni Gülyaz Məmmədovanın ifasında səsləndirilən yeni “Olarmı” mahnınız  da keçən ilə təsaduf edir. Mahnının təqdimatından və tanıtımından razı qaldınızmı?

- Bəli, mahnı keçən il işıq üzü gördü. Amma təqdimatı  keçirilməyib. Gülyaz xanım çıxdığı verlişlərdə bu barədə geniş məlumat verir. Bu mahnının ərsəyə gəlməsində rolu böyükdür. Mahnının sözləri isə gənc şair Fuad Biləsuvarliya aiddir. Bunu da qeyd edək.

- Mən təqdimat deyərkən, mahnının Gülyaz xanımın ifasında nə dərəcədə uğurlu alınıb-alınmamasını nəzərdə tuturam. Açığı, mahnını bəyənsəm də, mənə elə gəlir ki, Gülyaz xanımın ifası mahnını tam canlandıra bilmir.

- Bu da sizin yanaşmanızdır. Gülyaz xanım özünəməxsus, özü hiss elədiyi kimi  ifa edib. Zövqlər muxtəlifdir.

- Sizdən müsahibə götürərkən ananız Nuriyyə xanımdan bəhs etməmək mümkün deyil. Bir müşahidəmi demək istəyirəm. Kənardan belə görünür, sanki, siz Nuriyyə xanımın çiyinləri arxasından boylanırsınız. Elə bil, ana sizi daha çox önə çıxmağa razı görünmür. Nədənsə ehtiyat edir. Belə bir gerçəklik varmı?

- Mənim bütün işlərimin ərsəyə gəlməsində anamın rolu böyükdür. Yəni, mənə çox dəstək olur. Sadəcə, mən ailəliyəm deyə, anam qərarları mənə buraxır. Mən də atdığım addımları həyat yoldaşımla məsləhətləşirəm və ortaq qərar veririk. O da, incəsənət adamıdır. skripkanı bitirib. Sənəti sevib dəyər verən insandır. Başqa bir səbəb yoxdur. Hər bir valideyn övladı üçün hər şeyin ən yaxşısını arzu edər. O cümlədən də, mənim anam.

- Sizcə insanlar hansı əhval-ruhiyyədə olanda musiqi dinləməyə meyilli olurlar?

- Əlbəttə, insanlar ən çox qəmgin olanda musiqi ilə təsəlli, rahatlıq tapırlar. Musiqi bir növ insanın iç dunyasını dincəldir. Musiqi fonunda her şey daha təsirli görsənir. Dünyada minlərlə insan olduqu kimi, minlərlə də zövq, həyat tərzi var. Qəmli insan qəmgin, nikbin insan dinamik musiqiyə qulaq asir.Amma bir də var, klassik musiqi. O, insanı mualicə edir və sözlə ifadə olunmayacaq hisslər yaşadır. Sanki yüksəldir insanı. Bəzən elə musiqilər olur ki, insanın bütün qəmini, kədərini aparıb pozitiv bir əhval yaradır. Və yaxud, nəyi isə insana xatirladır. Alıb keçmişə göturur və yaxud, gələcəyə səsləyir, ilhamlandırır. Bir sözlə, musiqisiz həyatı təsəvvür etmək olmaz.

- Hazirki ovqat, bahalaşma, iqtisadi böhran, muharibələr fonunda musiqi öz təsirin saxlaya bilirmi? Loru dillə desək, indi heç musiqinin yeridirmi?

- Mən elə düşünürəm, hazırkı ovqata musiqi daha müsbət təsir göstərir. Musiqi bir növ qəlblərə dinclik, ruhlara ülvi hisslər gətirir. Bu çətin həyatda musiqi insanlarin stressini azaldır. Ruhlara hopmuş qəddarlığı yumşaldır. İnsanlar bir daha barışın, dostluğun, sevginin tərəfində olacaqlar və həyatın qan tökəcək , müharibə edəcək qədər uzun olmadığını  anlayacaqlar.

- Sənət aləmində öz sənətinizdən kənar bir işə, məsələn, bir film çəkilişinə dəvət olunsanız, razılıq verərsinizmi? Yeri gəlmişkən, üz cizgilərinizə görə, tarixi filmlərdə lider qadınları canlandırmaq baxımından şanslısınız…

- Mənim üçün  maraqlı olardı və öhdəsində gələ biləcəyim bir film olsaydı qəbul edərdim bəlkə də. Mən o filmlər üçün zəhmət çəkərəm ki, izlədikdən sonra insanda öz təsirini buraxır və bütün günü beynində dolaşir. Və mən o filmə çəkilərdim ki, həmin film səni ilhamlandırır və o filmdən sonra sən ölümün gözünə dik baxırsan. Mən o filmə çəkilərdim ki, o filmdən sonra sən öz həyatını dəyişirsən. İndi deyəcəksiniz ki, o cür film üçün layiqincə rolunu da oynamalısan. Bəli, mən ümid edirəm ki, inşallah, belə filmlər çəkiləcək.

- Gələcək yaradıcılığınızla baglı nə planlarınız var?

- Hal-hazırda yarımçıq qalan çox işim var. Vaxt azlığından onları tamamlaya bilmirəm. Hamısı hazır olduqdan sonra disk buraxdirmağı düşünürəm. Gələcəyə aid çox planlarım var. Amma indi deyib sonra edə bilməmək var. Ona görə Allah qismət edərsə, yaşayıb görəcəyik. Və, yeni işlərimiz haqqında yenə də sizinlə danışmaq imkanımız olacaq.

 

Məhbubə UÐURSOY

TURKUSTAN.info

https://youtu.be/9m575WMTn0g

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN