Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Türkiyə Səfirliyinin yeni mədəniyyət müşaviri: "ƏSLİM QƏRBİ AZƏRBAYCANDANDIR" - Müsahibə
Tarix: 2016/01/30 22:09

Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta ilə müsahibə

 

- Murat bəy, ilk öncə oxuculara özünüz və qısa müddəərzindəki fəaliyyətiniz haqqında məlumat verəsiniz.

-İlk öncə qeyd edim ki, Azərbaycan mənim öz vətənimdir.  Bura gəlməmişdən öncə, İzmir mədəniyyət və tanıtma şöbəsində işləmişəm. 2015-ci ilin oktyabr ayının 27-də mədəniyyət və tanıtma müşaviri vəzifəsinə təyin olunmuşam. Gəldiyim gündən bu günə qədər, bir sıra tədbirlər gerçəkləşdirmişik.

Oktyabr ayının 30-da ilin  böyük bəstəkarımız mərhum Vasif Adıgözəlovun 80 illik yubileyini qeyd etdik. Bilirsiniz ki, Vasif Adıgözəlov «Çanaqqala-1915» qəhrəmanlıq epopeyasını yazıb. Türkiyənin tanınmış sənət adamlarının iştirakı ilə böyük tədbir keçirildi. Orkestorun dirijoru bəstəkarın oğlu Yalçın Adıgözəlovun özü idi.

2014-cü ildə İndoneziyada İslam ölkələrinin mədəniyyət və turizm nazirlərinin birgə toplantısında Türkiyənin Konya şəhəri 2016-cı ilin islam ölkələrinin turizm və mədəniyyət şəhəri seçildi. Bu çərçivədə  Azərbaycanlı jurnalistlərin Konya səfərini reallaşdırdıq və orada keçirilən tədbirlərdə iştirak etdilər.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda 7-12 dekabr tarixlərində türk film günləri keçirildi. Daha sonra Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti  Tahir Əmiraslanovla birgə plov festivalına həyata keçirdik və üç çeşiddə plovla təmsil olunduq. Azərbaycan Diplomatiya Akademiyasında və Neft Akademiyasında Türkiyənin tanıdılması ilə bağlı stendlər açıldı.

2016-cı ildə kitab kampaniyasına start vermişik. Artıq kitabların bir hissəsi gəlib. Onları dövlət, uşaq və  ali məktəb kitabxanalarına payladıq.

Qarşıda Türkiyənin tanıdılması ilə bağlı yeni kampaniyaya start verəcəyik. Mart-aprel aylarında radio, televiziya internet saytlarında, həmçinin avtobuslarda yerlərdə geniş bir tanıdılma işləri aparılacaq. 

7-9 aprel tarixində turizm sərgisi keçiriləcək. Türkiyənin bələdiyyə rəhbərləri bu sərgidə təmsil olunacaqlar.

Ondan sonra Gürcüstanda və Batumidə turizm sərgilərində iştirak edəcəyik.  Yaponlarla ortaq hazırladığımız “Ərtoğrul 1898” filminin Yaponiyanın Bakıdakı səfirliyi ilə qala gecəsini keçirəcəyik. Novruz bayramı ilə bağlı olaraq Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə tədbirləri baş tutacaq. Türkiyədən sənət adamları dəvət olunublar.

-Azərbaycan mediasında Türkiyə ilə bağlı  çıxan məqalələr Sizi qane edirmi?


-Təbii. Azərbaycan mediasının Türkiyəyə olan diqqəti məni qane edir. Səfirliyimizin mətbuat müşavirliyindən izləyirəm və görürəm ki, Azərbaycan mediası Türkiyəyə böyük diqqət ayırır.  Başqa cür ola bilməz. Hər zaman dəstək görürük. Biz “bir millət, iki dövlətik.”

-Əksər oxucularımız Sizin Azərbaycan türkü olduğunuzu bilmirlər.  Bu barədə nədeyə bilərsiniz?

-Bəli, mən Azərbaycan türküyəm. Əslən Qərbi Azərbaycanın Gümrü şəhərinin Qaraçanta kəndindənik. Bəy nəslindənik.   1920-ci ildən sonra bolşeviklərin işğalından sonra babamgilə təzyiqlər artmağa başlayıb. Babamgil dörd qardaş olublar. Babam Abbasqulu bəy  bolşevikərin zülmündən canını qurtulmaq üçün, 1930-ci ildə  Türkiyənin Qars şəhərinə köçüb. 3 qardaşı burada qalıb. Hal-hazırda onların nəvə və nəticələri yaşayırlar. Türkiyədə doğulmağımıza baxmayaraq, Azərbaycan mədəniyyətini, folklorunu yaşatmışıq.  Bilirsiniz ki, qardaşım Qarsın bələdiyyə başqanıdır. Eynilə, orada bu mədəniyyəti yaşadırıq və təbliğ edirik. 

-Qarsın Azərbaycan üçün önəmi nədən ibarətdir?

-Bilirsiniz ki, Qarsda çoxlu sayda Azərbaycanlı yaşayır. Üstəlik, Qarsın bələdiyyə sədri Azərbaycan türküdür. Azərbaycanın Qarsda güclənməsi lazımdır. Ora yatırımlar qoyulmalıdır. Azərbaycan bələdiyyələri Qarsla qardaşlaşmalı və əməkdaşlıqlarını sürətləndirməlidirlər. Bildiyim qədər Mingəçevir şəhər bələdiyyəsi ilə belə qardaşlaşma  protokolu imzalanıb.

-Murat bəy, Azərbaycan və Türkiyə olaraq mədəniyyət sahəsində  hansı ortaq işləri gerçəkləşdirə bilərik?

-Yaponiya ilə ortaq etdiyimiz “Ərtoğrul 1898” filmini eynilə Azərbaycanla da həyata keçirtmək olar. Dünən bir rejissor gəlmişdi. Onunla maraqlı söhbətimiz oldu. Hesab edirəm ki, Azərbaycanın qurtuluşu ilə bağlı Nuru paşa və ya Çanaqqala tarixi ilə bağlı filmlər çəkməklə əlaqələrimizi  daha da gücləndirə bilərik.

Azərbaycanlı gənclərin Çanaqqalaya səfərini təşkil etmək olar.

Bu dəfə şəhərlərdən yox, ucqar kəndlərdə yaşayan gənclərə üstünlük veriləcək. Bu çox maraqlı layihədir. 2014-cü ildə keçirilən Türk mədəniyyət günlərini bu il keçirtmək olar. Nazirliyimizin layihəsi var. Türk yazarlarının baş dilləri çevrilməsidir.  Türk xalq oyunları ilə qrup yaratmaq istəyirik. Türkiyədən müəllim dəvət olunub, bunu tədris edə bilər.  Bunlar mənim gələcəkdə gerçəkləşdirmək istədiyim planlardır. Buna hər iki dövlətin tərəfin dəstəyi lazımdır.

Elnur Eltürk  

Türkustan. info

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN