Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Qoz -artıq tüklərdən azad olmaq üçün  vasitə
Tarix: 2016/01/30 23:26

 Qozkimilər fəsiləsinə aid bu cins qoz, girdəkan və ya cəviz adları ilə tanınır. Çiçəklər bir evciklidir. Kişi çiçəklər bir əvvəlki ilin sürgünlərində yan vəziyyətli, aşağıya sallanan pişikcik halında qurul meydana gətirər. Payızda yetişkinləşən böyük nüvəli sulu meyvənin iç qismi 2 bölməyə ayrılmışdır. Toxum 2 yumşaqlı, yağlı və ləzzətlidir, yod ilə zəngindir. Qoz bitkisinin toxumu qida məhsulu kimi, yağı mətbəxtdə və təbabətdə istifadə olunur. Odununun özü tünd, xarici qismi açıq rəngli, ağır və gözəl cila qəbul edən odunları vardır. Sənayedə, əsasən də mebel istehsalında istifadə edilir. Qədim Vavilonun kahinləri aşağı təbəqə insanlara bunları yeməyə qadağan edirdilər. Kahinlər qorxurdular ki, onlar ağıllanacaq. Maraqlıdır ki, bunda müəyyən həqiqət var. Tərkibində çox faydalı E vitaminin olmasına görə qoz-fındıq yaddaşı yaxşılaşdırır, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda ağıl zəifliyinin inkişaf etməsinin ehtimalını azaldır.

 

 

 

 

 

chandler-çetnır-ceviz-tanesi

Qoz ən faydalı qida məhsullarından biridir. Qozun həm ləpəsindən, həm ağaçından, həm qabığından, həm də yarpağından istifadə etmək mümkündür.Qoz vitamin, mineral, proteinlə zəngindir. Kalori dəyəri yüksək olan qozda sağlamlığımız üçün doymamış yağ var. Qoz qandakı xolesterolun səviyyəsini azaldır, ürək döyüntüsünü tənzimləyir. Onun tərkibindəki maddələr qalın bağırsaq, süd vəzi və prostat xərçəngi kimi xəstəliklərdən müdafiə edir, immuniteti gücləndirir, qan-damar sistemini rahatlaşdırır, ürək xəstəlikləri riskini azaldır. Tərkibindəki melatonin gecə çalışan və yuxu pozğunluğundan əziyyət çəkənlər üçün faydalıdır. Tərkibindəki "Omega 3" və "Omega 6" yağ asitləri sayəsində beyinin inkişafına müsbət təsir edir, bədənə enerji verir. Həzmetməyə faydalıdır. Mədə və bağırsaq ağrılarının azalmasında, təzə meyvəsindən hazırlanmış mürəbbədən diş əti xəstəliklərinin müalicəsində və vitamin çatışmazlığında istifadə edilir. Təzə qozu balla yedikdə, cinsi gücü artırır. Qozun ləpəsindən əlavə onun xüsusi yağı da olur ki, bu da bir çox xəstəliklərdə xeyirlidir. Bu yağ bağırsaqdakı qurdları tökür. Dəridə olan ləkələri aparır. Bunun üçün dərini yağla ovxalamaq kifayətdir. Qozun ləpəsini adi halda yemək mümkündür. Bundan əlavə onun qabığı və yarpaqlarından da istifadə edilir. Qoz yarpağının qan durdurucu, qüvvətləndirici tonik və bağırsaqlardakı qurdları salma xüsusiyyəti var. Yarpağın çayı,həzm problemlərində,qəbizlikdə,iştahsızlıqda və qan təmizliyində təsirlidir.Davamlı istifadə edildikdə sarılıq kimi xəstəliklərə də faydalıdır. Qan şəkərini salma və qüvvət verici təsiri vardır. Dəri xəstəliklərində antiseptik olaraq xaricdən istifadə edilir. Qoz yarpağı qaynadılaraq,sifilis,egzema,herpes,raşitik xəstəliklərində,sümük çürüməsində,sümük deformasyonunda,iltihablı əl və ayaq dırnaqlarında da istifadə edilə bilər. Qaşınan bölgələrdə qozun qabığının qaynadılmış suyu ilə duş qəbul edildikdə sağalma baş verir. Bu su ilə edilən duş yetkinlik sızanaqlarında,ayaq tərinə və qadınlarda gələn axıntılara yaxşı təsir edir. Ağız boşluğundakı iltihabı,dişəti, boğaz və qırtlaq xəstəliklərində qarqara edilir. Qoz yarpağının qaynama suyu çoxlu saç tökülməsində saçların dibinə masaj edərək vurulduqda yaxşı təsir verir.Bu su həmçinin bitlərin məhvi üçün də təsirlidir..

 

 

ceviz fidanı-chandler-aşlı-sertifikalı

 

 

İyunun ortasında yığılan qoz,mədə, qaraciyər və qanı təmizləyən,bağırsaq çürüklüyünü aradan götürən yeni çalar əldə edilir.*Diqqət:içərisində olan tanen maddəsi bəzi şəxslərdə ürək bulantısına,qusmağa səbəb ola bilər.Bundan başqa heç bir yan təsiri yoxdur. Yaşıl üst qabığı əzilərək saç boyası kimi istifadə edilə bilər. Yarpağının qaynamasından əldə edilən suyu içmək mədəni qüvvətləndirir, boğaz iltihabının sağalmasına kömək edir. Bu su ilə duş qəbul etmək dəri problemləri üçün faydalır. Qoz saçların tökülməsinin də qarşısını ala bilər. Bunun üçün 10 ədəd qoz qabığını 1 litr suda 15 dəqiqə qaynadın və bu su ilə saçları 3 həftə müddətində yuyun. Saçlarınızın gücləndiyini və rənginin dəyişdiyini gözlərinizlə görəcəksiniz. Qozdan hətta sənayedə də istifadə edilir. Belə ki, bu ağacdan yüksək keyfiyyətli mebel və avadanlıqlar hazırlanır. Qoz qabaığı bizə atrıq tüklərdən azad olmaq üçün də əla vasitədir. Hazırlanması 1 kq qoz qağını odun istifade etmədən yandırın. Əldə olunan külü ədviyyat əzənlə un halına gətirib çimməmişdən əvvəl tük olan nahiyyə çəkib masaj edib. Bir aya tükləriniz özü özünə töküləcək. Xərçəng xəstəliyinin müalicəsində istifadə edilir.

 

Çarlz Dan adına xərçəng İnstitutunun alimləri sübut ediblər ki, hər gün qoz-fındıq yeyən insanların ölüm riski 20 % aşağıdır. Bu məhsul xərçəng və ürək xəstəliyinə tutulmanın qarşısını alır. Tədqiqatçılar iki müşahidəni müqayisə edib. Birinci müqayisə 1980-ci ildən 2010-cu ilə kimi 76 min qadının cəlb olunması ilə keçirilib. Alimlər qoz-fındıq dietasını saxlayan könüllüləri müşahidə ediblər. İkinci təcrübə isə 1986-cı ildən 2010-cu ilə kimi kişilər arasında aparılıb. Nəticədə hər gün qoz-fındıq qəbul edən şəxslərin ölüm riski 20, həftədə 5-6 dəfə bu məhsulu yeyən insanlarınki isə 15% azalıb Bunun üçün 100 ədəd sütül göy qozu3 litrlik balona doldururlar. Üstünə duru bal töküb bankanın ağzını yaxşı bağlayıb 1 m dərinlikdə torpağa basdırırlar. 3 ay saxlamaq, süzmək və gündə 3 dəfə, yeməkdən 20 dəq. qabaq 1 ç.qaşığı qəbul etmək. Qoz qağacının altında niyə oturmaq olmaz? Qoz ağacı sulfid qazı ifraz edir və havadakı digər qazlardan daha ağır olduğu üçün dibə çökərək qozun altında oturanı iflic edir. Kükürd qazının ozon təbəqəsini təmir etmə xüsusiyyəti var. Qoz mürəbbəsi də qozun özü qədər xeyirlidir Qoz mürəbbəsinin hazırlanması 7 – 10 gün çəkir. Əvvəlcə yaşıl qabıqlı, tam dəyməmiş qozun sərt qabığını soyurlar. Dadı çox acı olduğundan, acısı çıxmaq üçün, təmizlənmiş qozu əhəngli suyun içərisində 2 – 3 gün saxlayırlar. Qozun acısı tam keçsin deyə, suyunu bir neçə dəfə dəyişirlər. Bundan sonra, onu bişirmək olar. Bişirərkən, mixək əlavə edirlər. Diqqət etmək lazımdır ki, meyvələr əzilməsin və dənə-dənə qalsın. Bir kiloqram qoz ləpəsi 8500 kal. malikdir. Kaloriliyinə və həzm olunmasına görə qoz ləpəsi ətdən hazırlanan yeməklərdən geri qalmır. İnsan orqanizminin gündəlik piyə olan ehtiyacını 20-25 ədəd qoz yeməklə təmin etmək olur Qoz mürəbbəsi potensiyanı da artırır.

 

Məhbubə Uğursoy

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN