Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
 “Milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini yaxşı dərk edirlər”    
Tarix: 2016/02/05 21:31

Bu gün (fevralın 4-ü) Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış ” adlı beynəlxalq elmi konfransı keçirilib. AMEA  Fəlsəfə və Hüquq İnstitutunun və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə keçirdiyi konfransda AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, AMEA Fəlsəfə və Hüquq Institutunun direktoru İlham Məmmədzadə, Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal,  səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi, DİN Polis Akademiyasının rəisi Nazim Əliyev, filosof-türkoloq Faiq Qəzənfəroğlu və digərləri çıxış ediblər.  Onlar Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktının qlobal əhəmiyyət kəsb etdiyini və məsələlərin həlli istiqamətində Azərbaycanın digər ölkələrə nümunə olduğunu vurğulayıblar.

Azərbaycan alimi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu “Milli mədəniyyət və çoxmədəniyyərlilik” baışlıqlı məruzəsində bildirib ki, hər bir millət öncə milli mədəniyyətini dərk etməlidir. Onun sözlərinə görə, dünyada 200-dən çox millət olduğu halda, mədəniyyətə verilən təriflərin sayı yüzlərələdir. Belə olduğu təqdirdə dəqiqləşdirmək lazımdır “mədəniyyət” özü nədir, “çoxmədəniyyətlilik” dedikdə nə nəzərdə tutulur. Üstəlik, burada mədəniyyətlə yanaşı “kültür” və “sivilizasiya”,  “multikulturalizm” anlayışlarının da izahı çox vacibdir. Faiq Qəzənfəroğlu hesab edir ki, vaxtilə Qərbin özü tərəfindən irəli sürülən multikulturalizmin, sonradan imtina olunması səbəbsiz olmamışdır: “Hər bir toplum ilk növbədə, başqa mədəniyyətlərin deyil, öz milli-mənəvi dəyərlərinin məhsuludur. Bir millət, toplum başqa toplumlardan bəzi dəyərləri mənimsəyə bilər, ancaq bu da müəyyən hədd çərçivəsində olmalıdır. Başqa millətin dəyərlərinə həddən çox üz tutan toplumların gələcəyi təhlükə altındadır. Bu baxımdan çoxmədəniyyətlilik, qloballaşma, demokratiya, tolerantlıq kimi anlayılarda son dərəcə həssas olmalıyıq. Biizm əsas məqsədimiz özümüz olmaq, milli varlğımızı ifadə etmək olmalıdır.  Yəni çoxmədəniyyətli, ya da multikulturalizm mövqeyindən milli mədəniyyətə deyil, əksinə milli mədəniyyətə sahib olub çoxmədəniyyətliliyi idrak etməliyik. Azərbaycan xalqının varlığı bütün zamanlarda, bu gün də milli məədniyyət üzərində qurulmuşdur”.

Azərbaycan alimi bildirdi ki, bu gün multikulturalizm məsələsindən doğru nəticə çıxarmalı, yəni milli əxlaqımızı, milli-mənəvi dəyərlərimizi arxa plana keçirməməliyik. F.Qəzənfəroğlu: “Bu mənada hər bir şeyin əndazəsi, ölçüsü olmalıdır. Tolerant, multikulturist olmadan öncə, insan milləti, dini və mədəniyyəti haqqında biliyə malik olmalıdır. Hələ, Sovetlər Birliyinin ilk dönəmlərində, 1920-1930-cu illərdə Azərbaycanda  “proletar mədəniyyət”dən vəcdə gəlib aşırı dərəcədə kosmopolit olmağımız ona gətirib çıxartmış­dı ki tardan, sazdan, papaqdan, örpəkdən imtina edirdik. Bu baxımdan bəziləri bundan nəticə çıxardaraq bilməlidirlər ki, əsas milli-mənəvi dəyərlər, milli mədəniyyətdir. Əlbəttə, yalnız milli mədəniyyətə əsaslananlar multikulturalizmin əsil mahiyyətini dərk edir, bu baxımdan toplumun həyatı üçün zəruri olan məsələlərə düzgün qiymət verirlər”.

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN