Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Toxunun... Toxunmaq sehrlidir.
Tarix: 2016/02/07 12:51

Toxunmaq, təmas etmək, öz hislərini qarşındakına ötürərkən, ondan da eyni istiliyi və sevgi siqnallarını ala bilmək və bunu içində, dərinliklərində hiss edəbilmək, yaşamaq və yaşatmaq... Toxunmaq bir sözlə sevgimizi ötürməyin ən gözəl yolu, bəlkə də ən təsirlisidir. İçimizdəki sevgini və hisləri sözlərlə ifadə edərkən çətinlik çəkdiyimiz vaxtlarda toxunmanın bir anda bütövlük və məna qazandığını görürük. Toxunmaq sehrlidir, sevgimizi bu yolla ötürərkən toxunduğumuz yerdə sanki bir pərinin tilsimli çubuğu dəyirmiş kimi bir qarşılıq yaradır. Əl görüşməyin qüvvəti, qucaqlaşmağın istiliyi, qısaca toxunmanın hər halı nə qədər də gözəl və sehrlidir. Barmaqlarınızın ucları ilə ətrafınızdakı əşyalara toxunun, sanki ilk dəfə başa düşürmüş kimi, ilk dəfə toxunurmuş kimi... Hiss edin, təmasın və toxunmanın xüsusiyyətini... Siqnalların barmaqlarınızın uclarından bədəninizə doğru dalğa dalğa yayılmasını izləyin... Təbiətə toxunmağı sınayın, bir gül yarpağına toxunun məsələn. O məxməri yumşaqlığı hiss edin barmaq uclarınızda. Gözlərinizi yumub, sadəcə təmasın gözəlliyini yaşayın, hiss etdiklərinizin həzzini çıxarın. Təəssüf ki, bir çox insan hissetmədən toxunur hər şeyə. Bu eynilə baxıb da baxdıqlarımızı görə bilməməyə bənzəyir. Halbuki toxunmaq, bütün bədəninizlə və əlinizlə, barmaq uclarınızla dərindən toxunaraq dinləmək və hiss etmək önəmlidir. Haqqında danışdığımız sehr o vaxt meydana çıxacaq və hiss edilənlər unudulmaz anlar olacaqdır. Soyuq bir qış günündə bir fincan çay bir başqa misal ola bilməzmi? Udduğunuz o isti çayın əvvəlcə damağınızda buraxdığı dadı, sonra da ilıq-ilıq boğazınızdan yayılması da bir növ toxunmaq deyilmi? Vacib olan hiss etmək. Toxunmanın sirli ovsununu yaxalayıb o sehri yaşamaq, anın gözəlliyini qaçırmadan. Toxunun... toxunmaqdan qorxmayın. Kefini çıxarın duyğularınızın, hiss etdiklerinizi deyin heç çəkinmədən. Sevginizi limitsiz yaşayın, sevdiklerinizi xoşbəxt etməyə çalışın. Toxunduğunuz sirli anları ömür boyu xatırlamanız diləyi ilə. Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN