Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Türk Savaş sənəti - SAVAS
Tarix: 2016/02/09 20:05

Savaş sənətinin ilk örnəklərinə m.ö. VI əsrdə təsadüf edirik. Bir sıra Uzaq Şərq xalqları arasında qədim nümunələrinə rast gəldiyimiz Savaş sənəti Türk dünyasında son illərdə yeni, özünəməxsus və orijinal şəkildə müşahidə olunur. Hərb sənəti və idman arasında, insanın psixoloji durumu, düşüncə taktikası və fiziki hərəkətlərinin vəhdətində meydana çıxan Türk Savaş sənəti Naci Kesenerin şəxsində fərqli şəkildə, sözügedən sahədə dünyada mövcud olan Savaş sənətlərini təqlid etmədən öz ifadəsini tapmışdır. SAVAS Türk Savaş sənətinin yaradıcısı olan Naci Kesenerin özü də yazılarında həmin məsələyə diqqət yetirmişdir: “Benim yaptığım savaş sanatının geçmişi başka bir savaş sanatına dayanmıyor. Yani bu Savaş sanatını bulan da benim, ilk öğrencisi de benim, ilk eğitmeni de benim. SAVAS bu anlamda tek orijinal savaş sanatıdır... Yani ben, kendi çocuğunu dünyanın en güzel çocuğu gibi görüp seven bir baba gibi seviyorum SAVAS'ı...”
Türk Savaş sənətinin psixoloji konsepsiyası ve texnikasını irəli sürən Naci Kesener milli və yabançı savaşlar arasındakı fərqi, onların strategiyası, fiziki hərəkətlərə baxışı, rəqiblər arasındakı münasibəti düzgün qurmaq yollarını, savaşda qələbə və müqavimətin şərtlərini orjinal şəkildə müəyyən etmişdir. Bununla da Türk Savaş sənətinin dünyadakı özünəməxsus yerini müəyyən etməyə çalışmışdır: “Kişisel savunma, sokak stratejisi, dövüş, bilinç, zihin, psikoloji vs. gibi konularda geldiğimiz nokta yabancılardan fersah fersah ötededir. Sadece yeni olduğumuz için tanınma sorunumuz var. Takdir edersiniz ki en yeni yabancı savaş sanatı ekolü bile en az 50 yıllık bir geçmişe sahip... Kısa, uzun sopa ve herhangi bir alet kullanma konusunda en iyisinden (yabancı ekoller) daha iyiyiz. Birebir veya çoklu saldırılarda aletsiz yakın savunma konusunda farklı ve orijinaliz; gerçekçiyiz ve en iyisinden daha iyiyiz. Bu savaş sanatı aslında "özel" olanları ilgilendiren, yüzde yüz yerli ve millî bir savaş sanatıdır” 
Naci Kesenerin simasında Türk Savaş sənətinin orjinal bir formada meydana çıxması təsadüfi deyildir. Bir Türk üçün savaş, mübarizə, qalibiyyət, hakkı ilə yenmək, iradə və əzm milli və tarixi köklərə, ənənələrə söykənən xüsusiyyətlərdir. Tarixin ən dərin qatları və uzak keçmişindən savaş meydanlarında silahı, atı və sursatı ilə düşməni qorxuya salan və iradəsi, ədaləti, əzmi ilə seçilən türklər üçün bu sənətin zəngin qaynaqları mövcuddur. Türk igidləri savaşda ilk öncə öz iradə və ədaləti, yenilən tərəfə qarşı mərhəməti ilə fərqlənmişdir. Bütün bu ənənlərdən gələn və Naci Kesenerin özünəməxsus şəkildə və yeni çalarları ilə ifadə etdiyi SAVAS Savaş sənəti də müasir dövrümüz üçün çox aktualdır. 
SAVAS Savaş sənətinin ən mühüm özəlliyi onun yalnız fiziki hərəkətləri əhatə etməməsidir. Təbii ki, bütün idman və sanaş sənətlərində taktika və hərəkətlər arxasında insanın psixoloji durumu, məntiqi və iradəsi dayanır. Lakin bunlar nə qədər əhəmiyyətli hesab edilir, düşüncə və hərəkət arasındakı balans hansı səviyyədədir məsələsi Naci Kesenerin sənətində xüsusi önəm daşıyır. “Bir savaş sanatçısı her türlü psikolojik savaşla mücadele etmeyi öğrenmek zorundadır” deyən Naci Kesener ilk növbədə işin daxili tərəflərinə diqqəti yönəldir: “Psikolojik savaş, mücadele için fiziksel (tüm maddi koşullar) konularda zayıf, yetersiz olan yapıların, eksiklerini her türlü sınırsız düşünce ile hareket ederek kapatmak üzerine kurduğu genel stratejinin adıdır”.
Naci Kesenerin əsasını qoyduğu SAVAS - Savaş sənəti insan psixologiyasını, ağıl və düşüncə qabiliyyətini, iradəsini, fiziki hazırlığını, cəldliyini kompleks şəkildə birləşdir. Bu, əslində, müasir dövrümüz üçün idmanın estetikası, sənətlə birləşdiyi nöqtəsidir. Sadəcə fiziki hazırlıq və güc ilə qazanmağın mümkün olmadığı, insanın maddi və mənəvi tərəfləri ilə apardığı mücadilənin qələbə qazanacağı Naci Kesener sənətinin əsas qayəsidir: “Dolayısı ile başarılı bir şekilde mücadele edebilmek için hareket tarzının, farklı alternatif seçeneklerle beraber sakin ve akıllıca yapılması gerekir. Bu da bilinç ve farkındalık gerektirdiği için, fiziksel eğitimden bile önce psikolojik eğitimin önemsenmesi gerektiğini ortaya koyar”.

Dos.Dr. Bəsirə Əzizəliyeva

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN