Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Azərbaycan Xalça Muzeyində “Xocalı–Qan yaddaşımız” adlı tədbir keçirib    
Tarix: 2016/02/26 20:20

Azərbaycan Xalça Muzeyində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı-Qan yaddaşımız” adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Azərbaycan Xalça Muzeyinin “Şuşa filialı”nın birgə hazırladığı “Xocalı-Qan yaddaşımız” adlı anım tədbirini keçirməkdə məqsəd xalqımızın başına gətirilən bu faciəni unutmamaq, gələcək nəsillərin yaddaşına həkk etmək və onlara mübarizlik əzmini aşılamaqdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin müavini Sevda Məmmədəliyeva, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatı Flora Qasımova, hökümət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə faciədə həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin müavini Sevda Məmmədəliyeva Xocalı faciəsində dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyib: “Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsindən 24 il ötür. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra faciəyə hüquqi status verildi və Xocalı soyqırımı aktı kimi qəbul olunub. Ölkə başçımız İham Əliyev soyqırımı ilə əlaqədar imzaladığı sərəncamda faciəni ən qəddar, amansız hadisə kimi qiymətləndirib. Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xidmətləri danılmazdır. Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən “Xocalıya ədalət” kampaniyasının faciənin hüquqi status almasında rolunu yüksək qiymətləndirmək lazımdır. Soyqırımının dünyaya çatdırılmasında Litva rejissoru Aleksandr Brokosun çəkdiyi “Sonsuz dəhliz” filmi də böyük əhəmiyyətə malikdir. Film dünyanın 60-dan çox festivalında iştirak edərək həqiqətlərin yayılmasına nail olub. Bu da dünya ictimaiyyətinin faciəyə münasibətində təkanverici amillərdən biridir.

Milli Məclisin deputatları da ümumilikdə, Dağlıq Qarabağ probleminin dünya arenasında qəbul olunmasında mütərəqqi işlər görür. Bu gün Pakistan, Kolumbiya, Meksika, Rumıniya, ABŞ-ın 21 ştatı soyqırımını tanıyır. Xocalıdan olan məcburi köçkünlərin rahat yaşamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun xidmətləri də danılmazdır.

Bu gün 48 rayonda məskunlaşan Xocalılar işğal olunmuş torpaqların qayıtması ümidi ilə yaşayır. Mən düşünürəm ki, o gözlənilən gün də gələcək və ədalət bərpa olunacaq”.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək Xocalı faciəsinin ildönümü ilə əlaqədar üzüntüsünü ifadə edib: “Azərbaycan xalqının başına gələn bu amansız faciədən 24 il ötür. Bu, az bir vaxt deyil. Lakin mən hələ də o hadisənin üzüntüsü ilə yaşayıram. O ağır gecədə uşaqların, qadınların, yaşlı insanların ah-naləsi hələdə qulaqlarımda səslənir. Biz belə tədbirlərdə uzun illərdir iştirak edirik. Amma hələ də danışmaqda çətinlik çəkirik. Ədalət bərqərar olana qədər də danışmaq asan olmayacaq. Çünki o torpaqlar bizim ata-baba yurdumuz olub. Ölkə başçımızın uğurlu siyasəti nəticəsində biz öz torpaqlarımıza qovuşacayıq. O gün elə də uzaqda deyil. Bizə heç kimin köməyi lazım deyil. Prezidentimizin strategiyası və ordumuzun şücayəti nəticəsində əzəli yurd-yuvalarımızı geri qaytaracayıq. Mən faciədə həlak olan insanlara Allahdan rəhmət, ailələrinə də səbr diləyirəm”.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tədbir iştirakçılarını salamlayaraq faciə haqqında fikirlərini ifadə edib: “Hörmətli tədbir iştirakçıları! Bu gün toplaşmağımıza səbəb faciə qurbanlarını yad etməkdir. Xocalı soyqırımı haqda biz dövlət müəssisələrini, təhsil ocaqlarını daim məlumatlandırır, təbliğat işlərini davam etdiririk. Dünyanın bir çox ölkəsində, müxtəlif illərdə soyqırımı hadisəsi baş verib. Amma Xocalı faciəsi bəşəriyyətdə ən qəddar soyqırımıdır. Xocalıda ermənilər dinc əhalinin qətlə yetirilməsi ilə kifayətlənməyib, meyitləri tanınmaz hala salıblar. Buna görə də heç bir faciəni bununla müqayisə etmək olmaz.

Ermənilərin mənfur əməlləri hələ 1905-1908-ci illərdən başlayıb. XIX-XX əsrlərdə ermənilər Rusiyanın köməkliyi ilə Qərbi Azərbaycanda, Dağlıq Qarabağda yerləşdirilib. O vaxtdan etibarən, onlar qətl planını gerçəkləşdirməyə başlayıb. Lakin unutmasınlar ki, biz nə qədər qonaqpərvəriksə, o qədər də vətənpərvərik. Bunu gec də olsa anlayacaqlar. 100-lərlə Xocalı sakini əlində silah səngərlərdə düşmənlə qarşı-qarşıya dayanıb. Onlar daim öz torpaqları uğrunda mübarizə aparmağa hazırdırlar”.

Tədbirin bədii hissəsində Şuşa rayon Mədəniyyət evinin şəhid ailələri üzvlərinin iştirakı ilə hazırladığı “Əsrin faciəsi” adlı ədəbi-bədii kompozisiya, Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət “Xocalı-Qan yaddaşımız” adlı rəsm sərgisi nümayiş olunub.

Qeyd edək ki, sonda muzeyin bələdçiləri tədbir iştirakçılarını Azərbaycan Xalça Muzeyinin ekspozisiyası, həmçinin, bu gün fəaliyyətini Xalça Muzeyində davam etdirən Şuşa filialının III mərtəbədə sərgilənən eksponatları ilə tanış edib. Azərbaycan Xalça Muzeyinin kitabxanasında toplanmış Xocalıya aid kitablardan ibarət sərgi də gələn qonaqlara təqdim edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Xalça Muzeyində “Xocalı–Qan yaddaşımız” adlı tədbir keçirilib - FOTO

 

Azərbaycan Xalça Muzeyində “Xocalı–Qan yaddaşımız” adlı tədbir keçirilib - FOTO

 

 

Azərbaycan Xalça Muzeyində “Xocalı–Qan yaddaşımız” adlı tədbir keçirilib - FOTO

 

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN