Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Sərdar  Həmidovun  əziz  xatirəsinə
Tarix: 2016/02/29 17:43

                  

   Qəhrəmanlar haqda eşidəndə və ya danışanda ağızbüzənlərə rast gəlirəm. Keçmiş Qarabağ müharibəsi qazilərinin qarşılaşdıqları  şübhəli eyhamlar, onların döş nişanları və mükafatlarının  somvolik mənalandırılması bu müharibənin  dəyərləndirilməsində müşahidə olunan suallardan irəli gəlir. Suallar haqsız və ya yersiz görünə bilər. Amma  bu suallar  davamlı olaraq gündəmi zəbt etməkdədir.  Müharibənin acı nəticələri olduğu halda  hərbiçilərin dövlət mükafatlarına layiq görülmələri,  onların rəsmi qəbullanma faktlarının cəmiyyətdə biganəliklə qarşılanmasına təəccüblənmirəm. Bugün cəmiyyətimizin “biganəlik”  sindromuna düşməsi deyə tənbeh edilməsi fonunda  bir qəhrəmanın həm məmur, həm də  keçmiş döyüşçü olaraq illər sonra öz yurdunda alnıaçıq, üzüağ, sakinlərin sevgi dolu, qürur dolu alqışlarına qərq olduğunu  əks  etdirən  videomənzərəni   xatırlayıram. Azərbaycanın bir sıra şəhərlərində də onun iştirak etdiyi Qarabağ gerçəklikləri haqqındakı müxtəlif faktları müharibə veteranlarından  dinlədikcə gördüyüm həmin mənzərələr birər-birər öz təsdiqini tapırdı. Təkcə gördüklərim və eşitdiklərim əsasında deyil, həmin insanların göz dolusu, ağız dolusu hayqırtılarında da Tərtər batalyonunun komandiri Sərdar Həmidovun qəhrəman şəxsiyyətini tanımış oldum. Ağır müharibədən sonrakı ilk illərədək  icra hakimiyətinin başçısı olduğu Tərtər rayonunun sərhədləri boyu vətən torpağını oxşayan, onu  göz  bəbəyi  kimi qoruyan bir azərbyacanlı məmur şəxsiyyətini tanımış oldum. Məhz bu insanın əsl qəhrəman axtarışında olan cəmiyyətimizdə qəhrəmanca tanınması həmin “biganəlik” sindromunu darmadağın edir. Odur ki, insanlar yaşatmaq və unutmamaq üçün parıltılı nişanlara, yüksək çinli rütbələrə, şöhrətə, mükafata lüzum görməməkdə haqlıdırlar. Ölüm də  haqqdır.  Bugünkü gün kimi. Bugünkü günün – 29 fevral 2016-cı il tarixinin təntənəsi ondadır ki,  adı dillər əzbəri Sərdar Həmidov öz əlləri, ürəyi, şücaətilə qoruduğu torpaqda dəfn olunur. Bizim üçün bir şəhidin, igidin sahibsiz, düşmən tapdağında deyil, azad, firəvan torpaqlarda uyuya bilməsi bir başqa fərəhdir. Bu fərəhi ölümü üçün təmin edən bir qəhrəmanın dəfn təntənəsi yaşanır. Sərdar Həmidov müqəddəs torpağında doya-doya uyuyacaq, çünki indi onu rəhmətlə anacaqlar, onu ziyarət edəcəklər və bu məzar ərazilərimiz uğrunda gələcək əzmkar mübarizələrin mayakı olacaq.

 

Qəbrin nurla dolsun, Ruhun  şad olsun Qəhrəman!

Südabə Babazadə

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN