Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Azərbaycan Respublikası “İstedadlı Əlillər” İB-nin layihəsi start götürdü
Tarix: 2016/05/03 18:23

Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının 2016 –cı il üçün elan etdiyi qrant müsabiqəsində “İstedadlı Əlillər” İctimai Birliyinin “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” adlı layihəsi müsabiqədən keçmişdir. “İstedadlı Əlillər” İB-dən verilən məlumata görə, layihənin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətin çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir. Layihənin qarşısına qoyduğu vəzifələr sadalanan məqsədlərin gerçəkləşdirilməsi yönünüdə bir sıra işlər – təlimlər, konsultasiyalar, seminarlar, konfranslar, müsabiqələr, kurslar, sərgilər, konsertlər və müxtəlif tədbirlər gerçəkləşdirməkdir. Layihə çərçivəsində iştirakçıların hüquqi problemlərinin həllinə dair işlərin görülməsi, yaradıcılıq imkanlarının müəyyənləşdirilməsi, inkişaf etdirilməsi və üzə çıxarılması, təhsil və mülicə problemlərinin həll olunması yönündə işlərinin görülməsi nəzərdə tutulur. Əlilliyi olan insanları “Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası” layihəsində iştrak etməyə dəvət edirik. Layihənin icra müddəti dörd aydır. Bizə müraciət edin. Ətraflı məlumat üçün aşagıda qeyd olunan ünvan və telefon nömrələri ilə bizimlə əlaqə saxlayın

Ünvan : Xırdalan şəhəri. Heydər Əliyev pr. 39. “İstedadlı Əlillər” İctimai Birliyinin ofisi. (Abşeron RİH-nin binasının yanı) Email : [email protected] [email protected] Əlaqə tel : (994) 50 999 30 79 (994) 70 760 28 28 (994) 55 760 28 28 (994) 12 342 45 64

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN