Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Şura ənənəvi İslam dəyərlərinin televiziya vasitəsilə təbliğini dəstəkləyir  
Tarix: 2017/08/21 18:15
“İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənclərin radikal dini qruplara qoşulmaması üçün ənənəvi İslam dəyərlərinin televiziya vasitəsilə təbliği" lahiyəsinin icrasına başlayıb. 
 
İctimai Birliyin sədri Anfisa Zinyəddinin sözlərinə görə, 3 ay müddətində icra olunacaq layihənin həyata keçirilməsində məqsəd gənclərin radikal dini qruplara meyllənməsinin qarışısını almaq, onları maarifləndirməkdir: “Bakıda və eləcə də bölgələrdə gənclərin  radikal dini  qruplara  meyl etməsinin qarşısını almaq üçün maarifləndirmə məqsədli  televiziya  verilişləri  təşkil olunacaq. Gənclər radikal dini qrupların zərərli təsirləri haqqında məlumatlandırılacaq, problemin aradan qaldırılmasının yolları müzakirə olunacaq”.
 
Azərbaycan Respublikasının bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanındığını diqqətə çatdıran A. Zinyəddin deyib ki, ölkədə bir çox millətlərin və dini icmaların dinc, yanaşı yaşaması bunun bariz nümunəsidir: “Ancaq  müstəqillik qazanandan sonra Azərbaycana müxtəlif dini ideologiyalara aid təriqətlər, cərəyanlar sirayət etməyə başladı. Xalqımızın yüzillər boyu yaşatdığı tolerantlıq ənənələrinə xələl gətirilməməsi üçün dövlət orqanları ilə yanaşı, cəmiyyətimizin də, həmçinin medianın öz imkanlarından istifadə edərək mübarizə aparması vacibdir. Radikallıqla mübarizənin ən effektiv yolu profilaktika olduğu üçün medianın öz maarifçi rolundan yararlanması, zənnimizcə, böyük fayda verə bilər.  Bütün bunları nəzərə alaraq, bu problemin həll olunmasına müəyyən qədər yardımçı ola biləcək layihələrin keçirilməsini vacib hesab edirəm”.
 
ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN