Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Kardiologiya İnstitutunda telesəhiyyənin təşkili mövzusunda seminar keçirilib -FOTOLAR  
Tarix: 2019/08/10 17:13

Akad. C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bu sahədə çalışan həkimlər üçün 3 cihaz üzrə seminar-treninq keçirilib.   

Treninqdə çıxış edən institutun direktoru Gülnaz Dadaşova-Səbzəliyeva qeyd edib ki, müasir innovativ texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə səhiyyənin aktual vəzifələrindən biri, tibbin müxtəlif sahələrində onların istifadə edilməsinin, effektiv tətbiqinin həyata keçirilməsidir: “Bu istiqamətdə aparılan addımlardan biri komputer ve telekommunikasiya texnologiyalarının tətbiqi – telesəhiyyənin təşkilidir. Telesəhiyyə ilk dəfə Norveçdə tətbiq olunmağa başlanıb. Azərbaycanda, eləcə də, Qafqazyanı ölkələr arasında buna start verən Akad. C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur. Bu gün ETKİ-də sanoviasiya xidməti  ilə qarşılıqlı əməkdaşlıq şəraitində aparılacaq “telesəhiyyə” yə dair seminar keçirilmişdir”.

Seminarda iştirakçılara telekardio solition sistemi əyani şəkildə nümayiş etdirilib.

Seminara dəvət olunmuş mütəxəssis Səid Musəvi çıxış edərək cihazın üstünlükləri və istifadə qaydaları haqda məruzə edib.

Monitor 10-a yaxın parametr təyin edərək istər görüntü, istərsə də nitq formasında xəstənin vaxtında diaqnozunun qoyulmasına, müvafiq tədbirlərin aparılmasına imkan verəcək.

Telesəhiyyənin təşkil edilməsində məqsəd pespublikamızın müxtəlif bölgələrində ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən əhaliyə zamanında və lazımi müalicə-diaqnostik yanaşmanın aparılmasıdır.

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN