Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Mediada din” mövzusu ictimai müzakirəyə çıxarıldı  
Tarix: 2015/08/30 22:13
A A A
 
 26.08.2015, 16:35
 

Bu gün Gənclər Evində “Ortaq Dəyərlər” İctimai Birliyi “Kütləvi informasiya vasitələrində din mövzusu və dini maarifləndirmənin durumu” adlı dəyirmi masa keçirib.

Modern.az xəbər verir ki, “Ortaq Dəyərlər” İctimai Birliyin sədri Aqil Camal tədbiri açaraq bildirib ki, rəhbəri olduğu qurum bu ilin may, iyun, iyul və avqust ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətin din siyasətinin təbliği: Kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” adlı layihə həyata keçirib:

“Bu layihə, cəmiyyət həyatında önəmli yeri olan dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını, dövlətin din siyasətinin təbliği vəziyyətini təhlil etməyi nəzərdə tuturdu. Həmçinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlığa töhfə verməyi hədəfləyirdi”.

A.Camal bildirib ki, layihə çərçivəsində ölkədə dini durum, dövlətinin din sahəsində siyasətinin təhlil və təbliği məqsədilə mediada məqaalə və müsahibələr yayınlanıb: “Bundan başqa, 10 qəzet, 10 sayt və 5 yerli televiziya üzərində monitorinq aparılıb. Monitorinq nəticəsində ölkə KİV-də dini maarifləndirmə işinin durumu mümkün qədər öyrənilib. Həmçinin, layihə çərçivəsində Ortaqdeyerlər.com saytı qurulub. Sayt ölkədə dini, milli və mənəvi maarifləndirmə yönümündə çalışacaq. 

Tədbirdə “Azərbaycan dövlətinin din siyasətini peşəkar səviyyədə təbliğ edən televiziya proqramı” nominasiyası üzrə İctimai Televiziyada yayınlanan “Din və  Cəmiyyət” proqramı, “Azərbaycan dövlətin din siyasətini peşəkar səviyyədə təbliğ edən mətbu orqan” nominasiyası üzrə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dövlət və din” jurnalı, “mediada azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə” fəlsəfə doktoru Faiq Ələkbərovxüsusi ödüllə təltif olunub. 

Dəyirmi masada çıxış edən İctimai Televiziyanın Elm və Təhsil departamentinin rəhbəri Zaur Mahmudov təmsil etdiyi qurumun dini maarifləndirməyə xüsusi diqqət yetirdiyini, efir siyasətində bu işi davam etdirəcəklərini bildirib. 

Dini Komitənin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri, “Dövlət və Din” jurnalının redaktoru Sadiq Mirzəyev çıxışında sözügedən komitənin aktiv fəaliyyətindən bəhs edib: “Azərbaycanda dini sahədə fəal dövlət siyasəti həyata keçirilir. Qədim dini məbədlər, məscidlər dövlət vəsaiti hesabına bərpa olunur. Yeni ibadət kompleksləri yaradılır. Həmçinin, Dini Komitə vasitəsilə dini icmalara maddim yardım göstərilir”. 

İctimai TV-nin “Din və Cəmiyyət” proqramının aparıcısı Natiq Ələkbərov qeyd edib ki, Azərbaycan həm qədim dini ənənələrin mövcud olduğu, dini dəyərlərin geniş yayıldığı bir ölkədir, həm də, fərqli dini cərəyanların, məzhəb və təriqətlərin qovşağında yerləşir: “Bu baxımdan, ölkəmizdə dini məsələyə təkcə dövlətin, müvafiq dövlət qurumlarının deyil, eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da həssas yanaşması çox zəruridir”. N.Ələkbərov “Din və Cəmiyyət” proqramının da bu məqsədə xidmət etdiyini bildirib.

 

Tarixçi alimlər Dilavər Əzimli, Faiq Ələkbərov, Dini Komitənin əməkdaşı Saleh Aslan, tanınmış yazarlar Namiq Hacıheydərli, Seymur Verdizadə çıxışlarında Azərbaycanda dini ənənələr, Azərbaycan mütəfəkkirlərinin İslam dininə baxışları, müasir dövrdə Azərbaycan üçün məqbul olan İslam dini model haqda fikirlərini bölüşüblər.

Qeyd olunub ki, cəmiyyətimizə kənardan daxil olmağa çalışan radikal diniqruplara qarşı mübarizədə yalnız inzibati resurlar yetərli deyil, hər bir vətəndaşın, ictimai birliyin fəallığı vacibdir.

Sonda bir qrup media orqanına ödül ilə təqdim olundu.

Modern.az

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN