Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
Bakıda “Kütləvi informasiya vasitələrində din mövzusu və dini maarifləndirmənin durumu” adlı dəyirmi masa keçirib
Tarix: 2015/08/30 22:21

Bakı, 27 avqust, SalamNews. Bakıdakı Gənclər Evində “Ortaq Dəyərlər” İctimai Birliyi “Kütləvi informasiya vasitələrində din mövzusu və dini maarifləndirmənin durumu” adlı “dəyirmi masa” keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) SalamNews-a verilən məlumata görə, tədbirdə Birliyin sədri Aqil Camal bildirib ki, rəhbəri olduğu qurum bu ilin may-avqust ayları ərzində Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətin din siyasətinin təbliği: kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” mövzusunda layihə həyata keçirib: “Bu layihə cəmiyyət həyatında önəmli yeri olan dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını, dövlətin din siyasətinin təbliği vəziyyətini təhlil etməyi nəzərdə tutub. Həmçinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə DQİDK arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlığa töhfə verməyi hədəfləyib”.

A.Camal bildirib ki, layihə çərçivəsində 10 qəzet, 10 sayt və 5 yerli televiziya üzərində monitorinq aparılıb, ölkə mətbuatında dini maarifləndirmə işinin durumu öyrənilib. Həmçinin, layihə çərçivəsində dini, milli və mənəvi maarifləndirmə yönümündə çalışacaq ortaqdeyerler.com saytı yaradılıb.

Tədbirdə “Azərbaycan dövlətinin din siyasətini peşəkar səviyyədə təbliğ edən televiziya proqramı” nominasiyası üzrə İctimai Televiziyada yayınlanan “Din və Cəmiyyət” proqramı, “Azərbaycan dövlətin din siyasətini peşəkar səviyyədə təbliğ edən mətbu orqan” nominasiyası üzrə Komitənin “Dövlət və Din” ictimai fikir toplusu, “Mediada azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə” fəlsəfə doktoru Faiq Ələkbərov mükafatla təltif olunub.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri, “Dövlət və Din” jurnalının redaktoru Sadiq Mirzəyev bildirib ki, dini maarifləndirmə DQİDK-nın fəaliyyət istiqamətlərindən biridir və o bu sahədəki işini təkcə təsisçisi olduğu nəşrlərlə məhdudlaşdırmır. Eyni zamanda, milli maraqlarımıza, mənəvi dəyərlərimizə zidd olan və radikallığı təbliğ edən dini qrupların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də həyata keçirir. Bu məqsədlə Komitə tərəfindən Bakıda və regionlarda seminar-treninqlər, “dəyirmi masalar” və konfranslar keçirilir.

- See more at: http://salamnews.org/az/news/read/185969#sthash.N4IDh9Rb.dpuf

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb    
Bakıda qraffiti təqlidi - Qabiliyyətsiz, pinti, məqsədli...      
 "Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
 Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
Davos çərçivəsindəki görüşlər Azərbaycanı beynəlxalq investorlar üçün etibarlı tərəfdaş kimi təqdim edir - ŞƏRH      
 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Arayik Harutyunyan və digərlərinin məhkəməsində məhkəmə baxışı başa çatıb  
Paşinyan İlham Əliyevə təşəkkür etdi  
Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ    
Azərbaycan QHT sektorunun 2025-ci ildəki uğurları - TOP 10      
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN