Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Dövlət və Din” ictimai fikir toplusu mükafatlandırılıb
Tarix: 2015/08/30 22:23

Bu gün Bakıda “Ortaq Dəyərlər” İctimai Birliyi “Kütləvi informasiya vasitələrində din mövzusu və dini maarifləndirmənin durumu” mövzusunda “dəyirmi masa” keçirib.

Gün.Az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birliyin sədri Aqil Camal bu ilin may-avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətin din siyasətinin təbliği: kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” mövzusunda layihənin həyata keçirildiyini söyləyib. 

Bildirib ki, bu layihə cəmiyyət həyatında önəmli yeri olan dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını, dövlətin din siyasətinin təbliği vəziyyətini təhlil etmək məqsədini daşıyıb. Həmçinin Şura ilə DQİDK arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlığa töhfə verməyi hədəfləyib.

Aqil Camal qeyd edib ki, layihə çərçivəsində 10 qəzet, 10 sayt və 5 yerli televiziya üzərində monitorinq aparılıb, ölkə mətbuatında dini maarifləndirmə işinin durumu öyrənilib. Həmçinin layihə çərçivəsində dini, milli və mənəvi maarifləndirmə istiqamətində çalışacaq sayt (ortaqdeyerler.com) yaradılıb.

Tədbirdə “Azərbaycan dövlətinin din siyasətini peşəkar səviyyədə təbliğ edən televiziya proqramı” nominasiyası üzrə İctimai Televiziyada yayınlanan “Din və Cəmiyyət” proqramı, “Azərbaycan dövlətin din siyasətini peşəkar səviyyədə təbliğ edən mətbu orqan” nominasiyası üzrə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dövlət və Din” ictimai fikir toplusu, “Mediada azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə” fəlsəfə doktoru Faiq Ələkbərov mükafatlarla təltif olunub.

“Dəyirmi masa”da çıxış edən İctimai Televiziyanın elm və təhsil departamentinin rəhbəri Zaur Mahmudov təmsil etdiyi qurumun dini maarifləndirməyə diqqət yetirdiyini, efir siyasətində bu işi davam etdirəcəklərini bildirib.

DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri, “Dövlət və Din” jurnalının redaktoru Sadiq Mirzəyev çıxışında Dövlət Komitəsinin maarifləndirmə sahəsində fəaliyyətindən bəhs edib. Bildirib ki, dini maarifləndirmə DQİDK-nın fəaliyyət istiqamətlərindən biridir və o bu sahədəki işini təkcə təsisçisi olduğu nəşrlərlə məhdudlaşdırmır. Eyni zamanda, milli maraqlarımıza, mənəvi dəyərlərimizə zidd olan və radikallığı təbliğ edən dini qrupların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər də həyata keçirir. Bu məqsədlə Komitə tərəfindən Bakıda və regionlarda seminar-treninqlər, “dəyirmi masa”lar və konfranslar keçirilir. 

S.Mirzəyev deyib: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu davamının nəticəsidir ki, hazırda ölkəmizdə dini durum sabitdir. Azərbaycanda radikal dindarların sosial dayaqları yoxdur. Ancaq bu təqdirəlayiq hal bizi arxayınlaşdırmamalı, fəaliyyətimizdə ətalətə səbəb olmamalıdır. Maarifləndirmə işini davamlı həyata keçirmək lazımdır”.

İctimai Televiziyanın “Din və Cəmiyyət” proqramının aparıcısı Natiq Rəhimov qeyd edib ki, Azərbaycan həm qədim dini ənənələrin mövcud olduğu, dini dəyərlərin geniş yayıldığı ölkədir və o, fərqli dini cərəyanların, məzhəb və təriqətlərin qovşağında yerləşir. Bu baxımdan ölkəmizdə dini məsələlərə təkcə dövlətin, müvafiq dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının da həssas yanaşması zəruridir.

Tarixçi alimlər Dilavər Əzimli, Faiq Ələkbərov, Dövlət Komitəsinin əməkdaşı Saleh Aslanov və başqaları çıxışlarında ölkəmizdə dini ənənələr, Azərbaycan mütəfəkkirlərinin İslam dininə baxışları haqda fikirlərini bölüşüblər. Qeyd edilib ki, cəmiyyətimizə kənardan daxil olmağa çalışan radikal dini qruplara qarşı mübarizədə hər bir vətəndaşın, ictimai birliyin fəallığı vacibdir.

Gün.Az

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN