Qerb
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaradılıb
ANA SƏHİFƏ XƏBƏRLƏR QHT DÜNYASI YAŞAM TOPLUM RƏSMİ TÜRK DÜNYASI ELANLAR MÜSAHİBƏ FOTO QALEREYA MEDİADA BİZ
“Münaqişənin həllində diplomatiya niyə işləmədi?” – Azay Quliyev    
Tarix: 2020/12/03 23:52
Bu gün ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində ATƏT Parlament Assambleyasının “ATƏT-in fəaliyyətə çağırışı: ümumi məqsədin yenidən təsdiqlənməsi” (ATƏT-in gücləndirilməsinə parlament töhfəsi) mövzusunda konfransı keçirilib. Konfransda ATƏT PA-nın prezidenti, Baş katibi, Büro üzvləri və qurumun cari və keçmiş digər rəhbər nümayəndələri iştirak ediblər.
OrtaqDeyerler.Com xəbər verir ki, tədbirdə çıxış edən ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT-in qarşısında növbəti illərdə duran əsas vəzifələrə toxunaraq bu qurumun münaqişə həllində effektivliyini sübut edə bilməməsinin səbəblərini Ermənistan-Azərbaycan münaqişəsinin timsalında izah edib:

 

“Bugünkü müzakirələrin ən geniş əhatəli regional təhlükəsizlik təşkilatlarından olan ATƏT-in və onun institutlarının gələcək fəaliyyətinə toxunduğunu nəzərə alaraq, ATƏT-in münaqişələrin qarşısının alınması və həllinə yanaşması ilə bağlı fikirlərimi bölüşmək istəyirəm. Əsas sual budur ki, ATƏT niyə öz məkanındakı münaqişələrin həll olunmasında effektiv rol oynaya bilmir? Nəyə görə diplomatik səylər münaqişənin həlli sahəsində uğursuz olur? Mən qısaca olaraq Ermənistan-Azərbaycan münaqişəsi timsalında bu uğursuzluğun 3 səbəbini izah edərək bu legitim suallara cavab tapmağa çalışacağam. Birinci səbəb: ATƏT və onun Parlament Assambleyası ATƏT ərazisində bir iştirakçı ölkənin digər ölkəyə qarşı apardığı hərbi işğalı və təcavüzü bərabərlik və ədalət çərçivəsində həll edə bilmədi. Ukrayna, Gürcüstan və Moldova məsələlərində hər zaman onların ərazilərinin işğalı faktının ATƏT və PA-nın bütün müvafiq sənədlərində və qətnamələrində əks olunduğunun şahidi olmuşuq və bu kifayət qədər doğru və müsbət haldır. Ancaq bütün müvafiq sənədlərdə qeyd edilməli olan Azərbaycanın işğal olunmuş ərazilərinə gəldikdə, bəzi əsassız və qəbuledilməz səbəblərə görə BMT Təhlükəsizlik Şurasının, beynəlxalq hüququn norma və prinsiplərinə rəğmən ATƏT və Assambleya Ermənistanı işğalçı dövlət adlandırmaqdan və bu açıq-aşkar faktı qeyd etməkdən çəkindi. ATƏT və Assambleya üçün bir növ “yaxşı” və “pis” işğalçı anlayışının olduğunu hiss edirdim.

İkinci səbəb: ATƏT və Assambleya Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiqliyini lazımi səviyyədə nümayiş etdirə bilmədi. Assambleyamızın bürosunu, prezidentini və baş katibini qərəzsiz olmağa və bəyanatlarımızda Azərbaycanın ərazi bütövlüyünü və siyasi suverenliyini münaqişə həllinin əsas prinsipləri kimi birmənalı şəkildə dəstəkləyən BMT qətnamələrinə istinad etmək üçün nə qədər səy sərf etdiyimi çox yaxşı xatırlayıram. Bu ikili standartlar mövcud olana qədər hansı qərar qəbul etdiyimizə baxmayaraq, ATƏT münaqişələrin qarşısının alınması və həlli üçün təsirli bir mexanizm ola bilməyəcək.

Üçüncü səbəb: Təcavüzkar ölkənin cəzasızlığı. Bir ölkə heç bir məsuliyyətə cəlb olunmursa və hərbi təcavüzünə, hərbi cinayətlərinə və soyqırımı aktına görə cəzasız qalırsa, bu, analoji cinayətlərin davam etdirilməsinə yol açaraq bəzi başqa ciddi nəticələrə səbəb olur. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə hörmətsizliyin misli görünməmiş həddə çatmasına səbəb olan cəzasızlığın bariz nümunəsidir. Son iki ildə Ermənistan nəinki danışıqları alt-üst etdi, həm də Azərbaycana qarşı “yeni ərazilər üçün yeni müharibəyə” başlamağa dair təhdidlər də səsləndirdi. ATƏT bu tarixi dərsə layiqli qiymət verməlidir. Ümid edirəm ki, bundan sonra ATƏT və PA-nın bu kimi məsələlərdə ikili standartlardan və selektiv yanaşmalardan uzaq olan ədalətli və qətiyyətli mövqeyinin şahidi olacağıq. 1975-ci il Helsinki Yekun Aktı, 1990-cı il Paris Nizamnaməsi və BMT Nizamnaməsi ATƏT-in fəaliyyətinin mərkəzində qalmalıdır. ATƏT-i və Assambleyanı bütün ölkələrə bərabər və ədalətli yanaşan, bütün dəyərlərin, normaların və prinsiplərin üstünlük təşkil etdiyi bir platformaya çevirməliyik”.

 

ŞƏRH YAZ

Bölmənin digər xəbərləri
Ümummilli Lider Heydər Əliyevin vəfatından bu gün 22 il keçir      
Ağdərə ilə Xocalının kəndlərinin elektrik təchizatı yenidən qurulacaq    
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir - YENİ MEMORANDUM    
Hikmət Hacıyev Türkiyə nümayəndə heyəti ilə görüşüb    
Kəlbəcərin rəngi, səsi və yaddaşı – Sənət şəhərin nəfəsinə qarışdı - FOTOLAR    
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ    
  Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali məskunlaşıb?    
Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN    
Ərdoğan Meloni ilə görüşdü - Qəzza və Ukraynaya dair müzakirə aparılıb    
Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video    
"Böyük qayıdış": Daha 325 nəfər doğma yurduna döndü - FOTOLAR
Prezident Baş prokurorla bağlı sərəncam İMZALADI      
Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR      
Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”      
Türkiyənin Ermənistanla münasibətlərin normallaşması şərti nədir? - Hakan Fidan açıqladı    

YAZARLAR

XƏBƏR LENTİ

DÜNYADAN